YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Şuşa İli”nə həsr olunmuş tədbir keçirilib

Qubadlı şəhər 4 saylı tam orta məktəbdə “Şuşa İli”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov və təşkilat nümayəndələri, Ağsaqqallar şurasının sədri Əvəz Həsənov, Qubadlı rayon Gənclər və idman idarəsinin rəisi Natiq Abbasov, Qubadlı rayon Dəmirçilər kənd tam orta məktəbin direktoru Şahbaz Muradov, Qubadlı rayon Təhsil şöbəsinin əməkdaşları iştirak ediblər.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Qənirə Həsənova böyük Zəfəri bizə yaşadan, sinəsini düşmənə sipər edən şəhidlərimizin, qazilərimizin şərəfli ömür yolunun məktəblilər üçün örnək olduğunu bildirib. Onun sözlərinə görə, tədbirin keçirilməsində əsas məqsəd Qarabağın, o cümlədən Şuşanın zəngin mədəniyyətinin, tarixinin, təbiətinin tanıdılması, təbliğ edilməsi və yetişməkdə olan gənc nəslə çatdırılmasıdır.  

Çıxış edənlər vurğulayıblar ki, 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edilməsi dünya mədəniyyətinə səslənən növbəti sülh çağırışıdır. Məhz Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər günü kimi həkk olunub. Qeyd olunub ki, bu gün Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə Şuşada infrastrukturun qurulması ilə yanaşı, tarix-mədəniyyət abidələrinin bərpası işləri sürətlə davam etdirilir, yenidən Vaqif Poeziya Günləri, “Xarıbülbül” festivalı keçirilir.

Sonra məktəblilərin təqdimatında ədəbi-bədii kompozisiya nümayiş olunub.

DİGƏR Xəbərlər Arxiv