YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycanın incisi Şuşa” adlı tədbir keçirilib

“Şuşa ili” ilə əlaqədar Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının 37 nömrəli ərazi partiya təşkilatının, Sumqayıt Regional İdarəsinə tabe olan Şuşa rayon Mədəniyyət evinin və Şuşa rayon Malıbəyli kənd Mədəniyyət evinin birgə təşkilatçılığı ilə “Azərbaycanın incisi Şuşa” adlı tədbir keçirilib.

Tədbirdə Şuşa rayon Mədəniyyət evinin direktoru Rüstəm Əliyev, Şuşa rayon Malıbəyli kənd Mədəniyyət evinin direktoru və ərazi partiya təşkilatının sədri Aysel Eldarlı, Şuşa Dövlət Rəsm Qaleriyasının direktoru Anar Cəbizadə iştirak ediblər.

Şuşa rayon Mədəniyyət evinin direktoru Rüstəm Əliyev iştirakçıları salamlayaraq “Şuşa ili” çərçivəsində görülən işlərdən, keçirilən tədbirlərdən danışıb və qeyd edib ki, Ali Baş Komandanın rəhbərliyi altında düşmən tapdağından təmizlənən Şuşaya sahib olduğumuz üçün belə tədbirləri qürur hissi ilə keçiririk.

Daha sonra Şuşa rayon Mədəniyyət evinin kollektivi və məktəbin şagirdləri tərəfindən konsert proqramı təqdim edilib və Şuşa Dövlət Rəsm Qaleriyasının sərgisi nümayiş olunub.

DİGƏR Xəbərlər Arxiv