YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Peter Mixalko: Aİ Azərbaycan ilə Ermənistan arasında əlaqələrin yaxşılaşdırılmasına çalışır

Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin gücləndirilməsi ötən ildən intensivləşib. Aİ Azərbaycan ilə Ermənistan arasında əlaqələrin yaxşılaşdırılmasına çalışır.

Bu sözləri Ümumdünya Mətbuat Azadlığı Günü və 9 May - Avropa Günü ilə bağlı mətbuat konfransında Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko söyləyib.

“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel regionda sülhün bərpa olunması üçün təşəbbüs göstərir. Biz regionda sülh və sabitliyin bərpa olunmasını istəyirik”, - deyə səfir vurğulayıb.

O, həmçinin Aİ-nin minatəmizləmə sahəsində də Azərbaycana dəstək göstərdiyini bildirib. S.Mixalko qeyd edib ki, Avropa İttifaqı bu sahədə dəstək çərçivəsində 1,5 milyon avroluq layihə həyata keçirir. Bu layihəyə ictimaiyyətin minalar barədə məlumatlandırılması və maliyyə dəstəyinin göstərilməsi daxildir.