YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyms Şarp: Böyük Britaniya minaların təmizlənməsi prosesinə dəstək olan əsas ölkələrdən biridir

Böyük Britaniya 2020-ci ildə münaqişədən sonra Azərbaycan ərazilərinin minalardan təmizlənməsi prosesinə maddi dəstək göstərib. Həmçinin mina təhlükəsi barədə məlumatlandırma aparılması üçün UNICEF və ANAMA-ya maliyyə yardımı ayrılıb. Minalanmış ərazilərdə yolboyu mina təhlükəsini göstərən müxtəlif nişanlar qoyulub və bunlar Böyük Britaniya hökumətinin maliyyə dəstəyi ilə təşkil olunub.

Bunu Böyük Britaniyanın ölkəmizdəki səfiri Ceyms Şarp kütləvi informasiya vasitələrinə müsahibəsində deyib.

C.Şarpın sözlərinə görə, Böyük Britaniyadan olan bir çox texniki ekspertlər Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üzrə ANAMA-nın ekspertlərinə təlimlər keçib, həmçinin minaaxtaran itlər və dronlardan istifadə edərək mütəxəssislərə bu işdə kömək göstəriblər.

“Düşünürəm ki, Böyük Britaniya həqiqətən də minaların təmizlənməsi prosesinə dəstək olan əsas ölkələrdən biridir. Hesab edirik ki, bu işlər Azərbaycan xalqı üçün, eləcə də bütün məcburi köçkünlərin otuz ilə yaxın müddətdən sonra öz doğma torpaqlarına qayıtmaları və orada gələcək həyatlarını qurmaları üçün çox vacibdir. Ona görə də biz bu işləri dəstəkləyirik”, - deyə səfir fikirlərinə yekun vurub.