YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Ümummilli Lider Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib

Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatı ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətən müharibəsinin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov bildirib ki, Ulu Öndər bütün Azərbaycan xalqının əbədiyaşar öndəri, dövlətimizin qurucusu və memarıdır. Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir. O, müasir Azərbaycan tarixini yaradan dahi şəxsiyyət, müstəqil dövlət qurmaq kimi çətin bir vəzifəni cəsarətlə öz öhdəsinə götürən və bunu bacaran əvəzolunmaz liderdir.

Qeyd olunub ki, bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası Ümummilli Lider tərəfindən qoyulan gənclər siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. 

Tədbirdə çıxış edən partiya fəalları İntiqam Nuruyev, Fəridə Süleymanova, Orxan Mustafazadə, Əqdəm Əlişzadə və Məhəbbət Abdullazadə Yeni Azərbaycan Partiyasının qurucusu, ümummilli lider Heydər Əliyevin gənclər siyasətindən və bu istiqamətdə həyata keçirilən tədbirlərdən bəhs ediblər.

Sonda YAP Tərtər rayon təşkilatının sədri partiya sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələrini təqdim edib.