YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samuxda ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar tədbir keçirilib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatı tərəfindən tədbir keçirilib. Sərkar kənd tam orta məktəb ərazi partiya təşkilatında baş tutan tədbirdə Dövlət himni səsləndirilib, sonra ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Sərkar kənd ərazi partiya təşkilatının sədri Şəmistan Yusifov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan tarixindəki rolu və xidmətləri haqqında məlumat verib. Qeyd edib ki, ulu öndər Heydər Əliyev öz tükənməz enerjisini son damlasına kimi xalqın, millətin yolunda istifadə etməklə, iyirminci əsrdə ikinci dəfə qazandığımız  müstəqilliyi qoruyub-saxlamaqla xalqın Ümummilli liderinə çevrilib.

Tədbirdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov ətraflı çıxış edərək bildirib ki, öz həyat və fəaliyyəti ilə ölməzlik zirvəsinə yüksələn ulu öndər Heydər Əliyevin keçdiyi ömür yolu bizim üçün zəngin həyat məktəbidir. Bu ömrün hər anından öyrənmək lazımdır.

Tədbirin sonunda ulu öndər Heydər Əliyevə həsr edilmiş film nümayiş etdirilib, məktəb şagirdləri şeirlər ifa ediblər.