YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Kəlbəcər rayon təşkilatı tərəfindən şəhid ailələri ziyarət edilib

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov müqəddəs Ramazan bayramı münasibəti ilə şəhid ailələrini ziyarət edib.

Ziyarətdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin Hüquq Şöbəsinin müdiri Faiq Mehdiyev və Başlıbel inzibati ərazi dairəsi üzrə nümayəndəsi Yavər Zeynalovda iştirak ediblər.

Gəncə şəhərində Vətən Müharibəsi Qəhrəmanı, Naxçıvan Xüsusi Təyinatlı Bölmənin komandiri, kəşfiyyatçı şəhid polkovnik leytenant Anar Əliyevin atası Vaqif Əliyevi, Mingəçevir şəhərində Kəlbəcər rayon Başlıbel kəndində şəhid olmuş Ələsgər Ələkbərovun oğlu şair Ələkbər Sönməzi, Mingəçevir şəhərində vətən müharibəsi şəhidi Taleh Muxtarovun və Bakı şəhərində I Qarabağ müharibəsi şəhidi Alxanov Vəkil Mirzə oğlunun 86 yaşlı anası Nazpəri ananı ziyarət edərək bayramlarını təbrik edib və bayram sovqatları təqdim edib.

Həbib Misirov Dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb və hər zaman dövlətin şəhid ailələrinin yanında olduğunu bildirib. Qeyd edib ki, Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad edib və biz artıq həmin ərazilərdə müqəddəs Ramazan bayramını qeyd edirik.

Şəhidin ailə üzvüləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.