YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami rayonunda Ramazan bayramı münasibətilə sosial aksiya keçirilib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının fəalları Ramazan bayramı münasibətilə sosial aksiya keçiriblər. Fəallar şəhidlərin ailələrini, qaziləri, müharibə iştirakçılarını ziyarət ediblər. Onları Ramazan bayramı münasibətilə təbrik edib və hədiyyələrini təqdim ediblər.

Ünsiyyət zamanı dövlətin şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan söz açılıb. Qeyd olunub ki, 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub.

Şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları da öz növbələrində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.