YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nəsimi rayonunda qanvermə aksiyası keçirilib

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı tərəfindən ənənəvi olaraq görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın xatirəsinə həsr edilmiş silsilə tədbirlər həyata keçirilir. Silsilə tədbirlər çərçivəsində YAP Nəsimi rayon təşkilatının bir qrup fəal üzvü qanvermə aksiyası təşkil edib. Aksiya YAP Nəsimi rayon təşkilatının qərargahında keçirilib.

Aksiyada rayon ərazisində fəaliyyət göstərən idarə və müəssisələrin, ali təhsil ocaqlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov belə xeyirxah aksiyada təmənnasız iştirak etdiklərinə görə partiya fəallarına minnətdarlığını bildirib. O, Azərbaycanın müstəqillik əldə etməsindən sonra xalqımızın öz milli dəyərlərinə qovuşduğunu diqqətə çatdıraraq, insanlarımızın könüllü şəkildə belə xeyirxah aksiyalarda iştirak etdiklərini vurğulayıb.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov da nəcib missiyaya qoşulduqları üçün aksiya iştirakçılarına təşəkkürünü ifadə edib.

Qeyd edək ki, qanvermə aksiyasında 300 nəfərdən çox partiya fəalı iştirak edib.