YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Rəşid Baxşəliyevin ailəsi ziyarət edilib

Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Kərim Kərimov Aprel döyüşləri şəhidi Baxşəliyev Rəşid Əliağa oğlunun ailəsini ziyarət ediblər.

Bir neçə şəhid anasının da iştirak etdiyi ziyarətdə şəhid Baxşəliyevin ailəsinə dərin hüznlə başsağlığı verilib, Vətən oğulunun keçdiyi şərəfli həyat yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, döyüş yolu, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib, şəhid ailəsinin qayğı və problemləri dinlənilib.

YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan Rəşid Baxşəliyevin xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını bildirib.

Şəhid ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Baxşəliyev Rəşid Əliağa oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.