YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yaşıl enerji” zonası: Qarabağ və Zəngəzur” mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Zəngilan rayon təşkilatının təşkilatçılığı ilə ““Yaşıl enerji” zonası: Qarabağ və Zəngəzur” mövzusunda tədbir keçirilib.

Tədbirdə Zəngilan Rayon İcra hakimiyyətinin başçısı Ramiz Həsənov, YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, ərazi partiya təşkilatlarının sədrləri iştirak ediblər

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin və Kəlbəcərin işğalı zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş Başlıbel faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə Qarabağ və Zəngəzurun yaşıl enerji zonası elan edilməsinin önəmindən danışıb. N.Quluzadə Prezident İlham Əliyevin bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədəki çıxışının gələcək inkişaf və perspektivlərin carçısı olduğunu deyib.

Tədbirdə çıxış edən Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan balanslaşdırılmış siyasət, müttəfiq ölkələrlə dərinləşən və gələcək fəaliyyətlər üçün böyük perspektivlər vəd edən əlaqələrdən bəhs edib. Prezidentin sədrliyi ilə keçirilən bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədəki beynəlxalq təşkilatların ikili siyasət yürütməsi ilə bağlı çıxışına istinad edərək ölkəmizin bütün sahələrdə uğurlu inkişafının davamlı xarakter aldığını vurğulayıb. Eyni zamanda, Vətən müharibəsindən sonra düşməndən təmizlənən ərazilərdə bərpa-quruculuq layihələrinin icrasında müsbət nəticələr əldə olunduğu, beynəlxalq müstəvidə yeni reallıqların qəbulu üçün önəmli addımlar atıldığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

YAP Zəngilan rayon təşkilatının ərazi partiya təşkilat sədrləri Emin Əliyev, Bahar Babayeva, Mətanət Həsənova, Ləman Bağdadova işğaldan azad olunan ərazilərin “Yaşıl enerji” zonası elan edilməsinin perspektivlərindən danışıblar.