YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın daxili imkanları Qarabağda yeni reallıqlar yaradır

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri  

Bu gün müstəqil Azərbaycan dünyada sülhsevər, tolerant, davamlı inkişafın, möhkəm siyasi sabitliyin bərqərar olunduğu bir ölkə kimi tanınır. Azərbaycan həm də güclü iqtisadiyyatı, müstəqil siyasəti, Qüdrətli Ordusu olan, yüzlərlə ölkəyə yardımlar edən, köməklik göstərən donor bir ölkə, eyni zamanda etibarlı bir tərəfdaşdır.

44 günlük Vətən müharibəsində əldə olunmuş misilsiz Qələbə isə beynəlxalq aləmə bir daha Azərbaycanın gücünü, qüdrətini nümayiş etdirdi. Şanlı Vətən müharibəsinin nəticələri bir daha sübut etdi ki, Azərbaycan illərdir ki, masa üzərində qalan BMT Təhlükəsizlik Şurasının 4 Qətnaməsinin icrasını özü reallaşdırdı, tarixi ədaləti özü bərpa etdi. Şanlı Qələbədən keçən dövr ərzində əldə olunan uğurlar, həyata keçirilən məqsədyönlü tədbirlər də buna əyani misaldır. Bu gün Azərbaycan heç bir donor təşkilatından, heç bir ölkədən bir manat da olsun belə yardım almadan daxili imkanları, öz gücü hesabına işğaldan azad edilmiş torpaqlarda, doğma Qarabağımızda geniş tikinti – bərpa, abadlıq – quruculuq işləri aparır. Bu da ona zəmin verir ki, tezliklə doğma Qarabağımız yüksək səviyyədə bərpa olunacaqdır.

2022-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirə də bir daha onu sübut etdi ki, postmünaqişə dövründə qarşıya qoyulan bütün vəzifələr yüksək səviyyədə artıqlaması ilə icra edilmişdir. Dünyanın bu gün əksər ölkələrində saldo mənfi olduğu halda, Azərbaycanda cəmi üç ayda müsbət saldo 5 milyard dollardan çox olmuşdur. Bu gün Azərbaycan dünyanın ən çox islahat aparan on ölkəsindən biridir.

Ölkə başçısı cənab İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə bütün sahələr üzrə görülmüş işlər geniş şəkildə təhlil edilmiş, qarşıda duran vəzifələr haqqında vacib tapşırıqlar verilmişdir.

Bu gün dünyanın aparıcı beynəlxalq təşkilatları ilə fəal əməkdaşlıq, Azərbaycanın beynəlxalq aləmdə etibarlı bir tərəfdaş kimi qəbul olunması, Avropanın ən etibarlı qaz ixracatçısına çevrilməsi və.s. onu sübut edir ki, Azərbaycan realıqları, 44 günlük Vətən müharibəsinin nəticələri artıq dünya ölkələri tərəfindən qəbul edilmişdir. Artıq məğlub Ermənistan da anlayır ki, onun Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmaqdan başqa yolu yoxdur. Odur ki, iki ölkə arasındakı əlaqələrin   normallaşdırılması   üçün Azərbaycan  tərəfindən verilmiş 5 bənddən ibarət təklif nəhayət ki, Ermənistan tərəfindən qəbul edilmişdir. Bu da hər iki ölkə arasında tezliklə Sülh Sazişinin imzalanacağına zəmanət verir. Bu məqsədlə Avropa İttifaqının səyi nəticəsində keçirilən Brüssel görüşündə işçi qrupunun yaradılması üçün hər iki ölkənin Xarici İşlər Nazirliklərinə tapşırıqlar verilmişdir.

Bu gün müstəqil Azərbaycan ölkə Prezidenti cənab İlham Əliyevin beynəlxalq aləmdəki böyük nüfuzu və təcrübəsi, qətiyyətli və prinsipial addımları, balanslaşdırılmış siyasəti nəticəsində dünyanın ən inkişaf etmiş ölkələri siyahısındadır. İnanırıq ki, “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər” – deyən, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan zaman – zaman öz daxili imkanları, öz gücü hesabına yeni – yeni uğurlara imza atacaq, doğma Qarabağımız, Zəngəzurumuz tezliklə dünyanın ən gözəl, ən dilbər guşələrindən birinə çevriləcəkdir.