YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ədalət Turan: Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi insana ayrıca qürur hissi verir

Azərbaycanı təmsil edən, 25 dərnəyi birləşdirən qurumun sədri kimi Dünya Azərbaycanlılarının V Qurultayına dəvət olunmaqdan qürur duyuram.

Bu fikirləri Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının İdarə Heyətinin sədri Ədalət Turan bildirib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində belə bir qurultayın keçirilməsinin ayrıca qurur hissi verdiyini bildirən Ə.Turan deyib: “Prezident İlham Əliyevin apardığı uzaqgörən xarici və daxili siyasət nəticəsində 2020-ci il Zəfər ili olaraq yaddaşlara həkk olundu. Bununla əlaqədar olaraq, müharibədən sonrakı dövrdə dünyada formalaşan ictimai-siyasi mühit Azərbaycan diasporunun qarşısında yeni öhdəlik və vəzifələr qoymaqdadır”.

“Qurultayda 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir. Təbii ki, tədbirdə digər ölkələrdə fəaliyyət göstərən soydaşlarımızla tanış olmaq fürsəti əldə edəcəyik. Həmçinin “Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr”, “Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzularında təşkil olunacaq müzakirələrdə yaxından iştirak edəcəyik”, - deyə dərnək rəhbəri bildirib.

Bu Qurultayın son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirdiyini, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad edilməsindən sonra ilk böyük görüşü olduğunu xatırladan Ə.Turan deyib: “Bizlərə bu hissləri yaşatdıqları üçün başda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova və komitənin bütün əməkdaşlarına təşəkkürümü bildirirəm. Yaşasın Azərbaycanımız! Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”.