YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan inşa müsabiqəsi keçirilib

Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatı tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Heydər Əliyev və qalib Azərbaycan” adlı inşa müsabiqəsi keçirilib.

Əvvəlcə Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müsabiqəni giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov müsabiqənin əhəmiyyəti, o cümlədən Ulu Öndərin Azərbaycan tarixində misilsiz xidmətləri barədə ətraflı danışıb.

YAP Sabunçu rayon təşkilatının fəalı, layihə rəhbəri Sərxan Şahverdiyev müsabiqənin formatı, şərtləri haqqında iştirakçılara məlumat verib.

Qeyd edək ki, müsabiqənin nəticələri 2022-ci il aprelin 24-dək elan olunacaq.