YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ucarda Birinci Qarabağ müharibəsi şəhidi Natiq İsmayılovun doğum günü qeyd olunub

Ucarda Birinci Qarabağ müharibəsi şəhidi İsmayılov Natiq Sabir oğlunun 55 -ci doğum günü qeyd edilib.

Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva və partiya üzvləri, şəhid ailələri - şəhid leytenant Elnur Vəliyevin atası Əli Vəliyev, şəhid kapitan Elçin İsmayılovun atası Mübariz İsmayılov, şəhid Təbriz Bəkirovun atası Etibar Bəkirov, şəhid Coşqun Məmmədovun atası Elnur Məmmədov, şəhid Fərzəli Fərzəliyevin atası Əlimövsüm Fərzəliyev, şəhid Fərid Hüseynzadənin əmisi Natiq Hüseynov, Birinci Qarabağ müharibəsi şəhidi Dünyaz Abdullayevin bacısı, Ucar Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Nəzakət Qasımova, Ucar Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova, rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminin direktoru Bəsirə Abbasova, rayon Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Mədinə Əhmədova, rayon Gənclər və İdman İdarəsinin nümayəndələri şəhid Natiq İsmayılovun Pirkənd kənd qəbiristanlığında məzarını ziyarət edib, önünə tər çiçəklər düzüb, ruhuna dualar oxuyublar.

Daha sonra Pirkənd kənd tam orta məktəbdə davam edən anım tədbirində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən oğullarının əziz xatirəsinin daima uca tutulduğu qeyd edilib.

Məktəblilərin ifasında vətənpərvərlik ruhunda şeirlər səsləndirilib.

Şəhidin qardaşı Ağaismayıl İsmayılov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.