YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda köklü sosial islahatların həyata keçirilməsi davamlı və ardıcıl xarakter daşıyır

Pərvin Kərimzadə

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində hər zaman hər bir vətəndaşın və dövlətimizin maraqları olub. Ölkə Prezidentinin tapşırıqları ilə 2018-ci ildən Azərbaycanda başlanan köklü sosial islahatlar vətəndaş rifahı və məmnunluğunun təminatı istiqamətində mühüm addımların atılmasına, sosial müdafiə və sosial təminat, məşğulluq, əmək münasibətləri, tibbi-sosial reaabilitasiya və sosial sahənin digər sektorları üzrə ötən 4 illik bir dönəmdə ciddi irəliləyişlərə səbəb olub. Milli maraqlara söykənən praqmatik və düşünülmüş siyasət nəticəsində ölkədə bərqərar olmuş ictimai-siyasi sabitlik, dayanıqlı və dinamik inkişaf, xalq-iqtidar birliyi əhalinin sosial müdafiəsinin gücləndirilməsinə geniş imkanlar yaradıb. Müstəqil Azərbaycan məqsədyönlü siyasət yürüdən, yalnız öz daxili imkanlarına arxalanaraq uğurla və sürətlə inkişaf edən, dünya miqyasında nüfuzu olan bir dövlətdir. Prioritet istiqamət olan sosial siyasət sahəsində aparılan islahatlar, çevik və məqsədyönlü fəaliyyət planlı və ardıcıl xarakter daşıyır. Ölkənin hərbi gücü artdıqca, iqtisadi potensialı gücləndikcə geniş sosial layihələr həyata keçirilir. Xüsusilə şəhid ailələri və müharibə əlillərinin, əhalinin həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi dövlət Başçısının həyata keçirdiyi siyasətin əsasını təşkil edib. 2018-ci il aprelində ölkə Prezidenti seçildikdən sonra imzaladığı ilk - 19 aprel 2018-ci il tarixli Fərmanın məhz şəhid ailələri ilə bağlı olması və həmin ailələrə növbəti ciddi dəstək tədbirini nəzərdə tutması da bunu sübut etdi.

Hər zaman hər bir azərbaycanlının yanında olan, onların problemləri ilə maraqlanan dövlətimizin başçısı şəhid ailələri, müharibə veteranları və əlillərinə daim xüsusi qayğı ilə yanaşıb. Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir. Dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı 2021-ci ildə 5 dəfə genişlənib. Ümumiyyətlə, şəhid ailələrinin və Qarabağ qazilərinin mənzil təminatının həyata keçirilməsi istiqamətində mühüm işlər görülüb. İndiyə qədər 12 min 500 şəhid ailəsi və Qarabağ qazisi hər cür şəraiti olan mənzillərlə təmin olunub. 2025-ci ilə qədər bütün Qarabağ qaziləri və şəhid ailələri mənzillərlə təmin olunacağı diqqət mərkəzindədir. Dövlət başçısının tapşırığı ilə müharibə əlillərinin avtomobillə təminatı tədbirləri də uğurla davam edir. Son 4 ildə də 1450-dək, ümumilikdə ötən dövrdə 7400 müharibə əlili minik avtomobili ilə təmin edilib.

Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayanması ölkədə sosial ödənişlərin ardıcıl şəkildə artırılmasında da öz təsdiqini tapır.

Davamlı olaraq həyata keçirilən sosial siyasətin məntiqi nəticəsi kimi ciddi infrastruktur layihələr ilk növbədə Azərbaycan vətəndaşının firavan yaşayışını və vətəndaş məmnunluğunu təmin edib. Bir neçə dövlət orqanının xidmətlərini vahid məkanda, əlaqələndirilmiş şəkildə vətəndaşlara təqdim edən, artıq bu gün dünyada Azərbaycanın brendi olaraq tanınan “ASAN xidmət”i dövlət xidmətlərinindən istifadəni vətəndaşlar üçün daha əlçatan edib. “ASAN xidmət” vətəndaş məmur münasibətlərində birbaşa təması minimuma endirərək milli innovasiya sistemlərinin və səmərəli idarəçiliyin təmin olunmasında son dövrlərdə cəmiyyətə nüfuz etmiş elektron dövlətin mühüm rol oynadığını təsdiq edib. Sosial siyasətin, Azərbaycan vətəndaşının məmnunluğunun təmin edilməsinin davamı olan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan DOST mərkəzlərinin istifadəyə verilməsi əhaliyə, xüsusilə sosial cəhətdən həssas qruplara dövlət sosial xidmətlərinin "bir pəncərə”dən operativ və şəffaf çatdırılmasına töhfə oldu. “DOST” adlanan daha bir innovativ xidmət növü vətəndaşların əsl dost ünvanına çevrilib. Keyfiyyətli və şəffaflıq prinsipləri əsasında vətəndaşlara xidmətlər təqdim edən, onların inamını və rəğbətini qazanan DOST mərkəzləri qısa müddət ərzində Azərbaycanın yeni brendi olmağı bacardı. Təsadüfi deyil ki, bu gün DOST konsepsiyası beynəlxalq səviyyədə də böyük maraq kəsb edərək yüksək dəyərləndirilir və Azərbaycanın DOST təcrübəsini öyrənməyə maraq göstərən ölkələrin sayı artır. 2022-ci ilin fevral ayında Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının fəxri fərmanına layiq görülən, DOST Agentliyinin bu günlərdə Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatını qazanması da DOST konsepsiyasının müasir dünyanın innovasiyalar sahəsində mühüm nailiyyətləri sırasında olduğunu göstərir. DOST bu gün Avropa Sosial Şəbəkəsi Şurasının Avropa İttifaqı üzvü olmayan yeganə dövlət qurumu, eyni zamanda şəbəkənin tədbir və müzakirələrinin fəal iştirakçısı olan yeganə MDB təmsilçisidir. Eyni zamanda DOST Agentliyi 4 istiqamət üzrə ISO sertifikatlarına da layiq görülüb. Azərbaycanda 5 DOST mərkəzi fəaliyyət göstərir və bu günə qədər  800 mindən çox vətəndaş DOST xidmətlərindən faydalanıb.

Son 4 ildə ölkədə əmək, məşğulluq, sosial təminat, sosial xidmət, əlillik, reabilitasiya, övladlığagötürmə və s. sahələrdə e-texnologiyaların geniş tətbiqi təmin edilməsi də Azərbaycanda aparılan sosial islahatların uğurlarındandır. Bu uğurlardan biri kimi, dövlət başçısının 5 sentyabr 2018-ci il tarixli Fərmanı ilə yaradılan "e-sosial.az” portalının yaradılmasını göstərmək olar. Ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlar barədə toplanmış bütün sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya və s.) çıxış və 100-dən çox sosial xidmət növündən çevik rejimdə yararlanmaq imkanı verir. Sosial sahədə innovativ yeniliklərdən biri kimi, ölkəmizdə 2019-cu ilin əvvəlindən pensiyaların, sonralar müavinət və təqaüdlərin e-qaydada, proaktiv təyinatı mexanizmləri qurulub.

Əminliklə demək olar ki, Azərbaycanda köklü sosial islahatların həyata keçirilməsi davamlı, ardıcıl xarakter daşıyır və bu islahatların mərkəzində Azərbaycan vətəndaşı dayanır.

DİGƏR Xəbərlər Arxiv