YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Müasir cəmiyyətimizdə gənclərin rolu və vəzifələri” adlı konfrans keçirilib

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatında “Müasir cəmiyyətimizdə gənclərin rolu və vəzifələri” adlı konfrans keçirilib.

Konfransda Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, Milli Məclisin deputatları Rauf Əliyev və Soltan Məmmədov iştirak ediblər. 

Tədbir iştirakçıları əvvəlcə YAP Xəzər rayon təşkilatının foyesində müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər. YAP Xəzər rayon təşkilatının akt zalında davam edən tədbirin əvvəlində ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov gənclərin iştirakı ilə keçirilən belə görüşlərin əhəmiyyətindən danışaraq vurğulayıb ki, YAP Xəzər rayon təşkilatı hər zaman fəaliyyətində gənclərin inkişafına geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib. Bu gün ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması aktual məsələ kimi böyük əhəmiyyət kəsb edir. Çünki vətənpərvərlik hissinin aşılanması dövlətin, dilin, adət-ənənələrin, ümumilikdə bütöv bir xalqın gələcəyini təmin edən amillərin ən mühümüdür. Yeni Azərbaycan Partiyası gənclərin maarifləndirilməsi, kreativ və intellektual bacarıqlarının artırılması, sağlam yetişməsi, dövlətçilik ideyalarına sadiqlik və hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması, bütövlükdə, rayonumuzun və respublikamızın ictimai-siyasi və sosial-mədəni həyatı ilə bağlı müxtəlif istiqamətlərdə tədbirlər həyata keçirir. Qeyd olunub ki, partiya gənclərinin fəaliyyətində əsas prioritet məqsəd və istiqamət   cənab Prezident İlham Əliyevin qarşımıza qoyduğu məqsəd və hədəflərə nail olmaqdır.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov çıxış edərək bildirib ki, gəncliyin inkişafına daim dəstək göstərən Yeni Azərbaycan Partiyası gənclərin gücünə, potensialına və istedadına olan güvənin artırılmasına imkan yaradaraq bu sahədə çoxsaylı layihələr həyata keçirir. Buna görə də partiyaya yeni qoşulanların böyük əksəriyyətini məhz gənclər təşkil edirlər. YAP-ın sıralarına qoşulan gənclər ulu öndər Heydər Əliyevin miras qoyduğu ənənələrə sadiqliklərini, Prezident İlham Əliyevin uğurlu və məqsədyönlü siyasətinə inamlarını ifadə etməklə yanaşı, dövlətimizə xidmət etmək üçün böyük imkanlar əldə edirlər. Biz gənclərin təklifləri daim dinlənilərək qiymətləndirilir və partiyanın fəaliyyətində mühüm yer tutur. Biz gənclər dövlət müstəqilliyimizin qorunub saxlanması və daha da inkişaf etdirilməsini cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kursun uğurla davam etdirilməsində görürük.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov üzünü gənclərə tutaraq bildirib ki, gənclik hər zaman inkişaf etməli və dövlətinə, xalqına bağlı olmalıdır. Prezident İlham Əliyev Azərbaycanın qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə biz gənclərə yüksək şərait yaradılması istiqamətində Dövlət proqramları qəbul edilir. Gənclər ideyaca savadlı olmalı, işə şüurlu yanaşmalı, məsuliyyətli, vicdanlı, mübariz olmalı, vətənin inkişafı naminə çalışmalıdırlar. Elşən Salahov gənclərə hər zaman dövlətimizin bayrağını daim yüksəklərdə tutmaq üçün elm, idman və digər sahələrdə hər zaman öz üzərində çalışaraq inkişaf etmələrini məsləhət görüb.

Milli Məclisin üzvləri Rauf Əliyev və Soltan Məmmədov bildiriblər ki, 44 günlük Vətən müharibəsində cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu misli görünməmiş bir Qələbə qazanaraq tarixi ədaləti bərpa etdi. Bu tarixi ədalət özlüyündə regionumuza yeniliklər və yeni reallıqlar gətirdi. Bu reallıqların bir istiqaməti olaraq ölkəmizin müstəqilliyinin qorunması, gələcək inkişafının daha da sürətlənməsi, gənclərimizin birbaşa olaraq bu işin əsas aparıcı qüvvəsi olması üçün Yeni Azərbaycan Partiyası gəncləri də bir sıra istiqamətlərdə fəaliyyət göstərir.

Yeni Azərbaycan Partiyasının gənc fəalı Nərgiz Heybətova isə vurğulayıb ki, gənclər ölkədə yaradılmış ictimai-siyasi sabitliyin, əmin-amanlığın bundan sonra da qorunub saxlanması, sosial-iqtisadi inkişaf proseslerinin daha da sürətləndirilməsi və digər ümummilli strateji məsələlərin həll edilməsi istiqamətində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün öz potensialını əsirgəmir.

Daha sonra müzakirə formatında davam edən tədbirdə gənclərin sualları cavablandırılıb.

Sonda YAP sıralarına qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv