YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafada şəhid Əliheydər Hüseynlinin məzarı ziyarət olunub

Ağstafa rayonunda Vətən müharibəsi şəhidi Hüseynli Əliheydər Səlahəddin oğlunun doğum günü münasibətilə anım mərasimi keçirilib.

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Ariz Qədiməliyev və şöbənin əməkdaşı Vüqar Həsənov, Ağstafa Rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, qazilər, rayon ictimaiyyətinin nümayəndələri Qırılı kənd qəbirstanlığında şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Daha sonra şəhid Əliheydər Hüseynlinin doğulub boya-başa çatdığı, ailə üzvlərinin yaşadığı ünvan ziyarət olunub. Mərasim iştirakçıları şəhidin ailəsinə dərin hüznlə başsağlığı verib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Görüşdə Əliheydərin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.

Şəhidin ailəsi dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv