YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın idman şöhrətini yüksəldən idmançılar

Mansur Quliyev

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının  sədri

Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. Təbii ki, buna görə, ilk növbədə, dövlətimizin idmana göstərdiyi diqqət və qayğını xüsusi vurğulamaq lazımdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında bu sahədə həyata keçirilən düzgün və məqsədyönlü dövlət siyasəti sayəsində ölkəmiz Avropanın və dünyanın idman mərkəzlərindən birinə çevrilib.
Bir neçə gün əvvəl Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz böyük qələbə ilə Vətənə qayıtmışlar. Belə ki, 16 medal qazanmış idmançılar bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar. İdman sahəsində əldə edilmiş nailiyyətləri hər zaman yüksək qiymətləndirən Prezident cənab İlham Əliyev aprelin 8-də Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edib.

Güləş üzrə milli komandalarımız mart və aprel aylarında iki Avropa çempionatında ölkəmizi layiqincə təmsil ediblər. İlk olaraq Bolqarıstanda keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatında, daha sonra  Macarıstanda keçirilən böyüklərin Avropa çempionatında yüksək nəticələr qazanılıb. Millimiz 3 qızıl, 6 gümüş və 7 bürünc olmaqla ümumilikdə 16 medal qazanaraq həm sərbəst, həm də yunan-Roma güləşi üzrə komanda hesabında Avropa çempionu olub.

Xalqımız 44 günlük Vətən müharibəsində qazanılan qələbələrlə tarixinin şanlı səhifələrini yaşadı. İgid oğullarımız düşmənin bütün terrorçu əməllərinə baxmayaraq onlara məhz döyüş meydanında layiqli cavab verərək tarixi torpaqlarımızda Azərbaycan bayrağını dalğalanırdı. Son günlər idmançılarımız əldə etdiyi qələbələrlə yeni şanlı səhifələr yazır, bayrağımızı beynəlxalq arenalarda dalğalandığı və xalqımıza böyük qürur hissi yaşadırlar.

Hansı sahəni təmsil etməsindən asılı olmayaraq, bir Azərbaycan vətəndaşının qazandığı uğur, əldə etdiyi nəaliyyət bütöv xalqın uğuru sayılır, onun sevinci hər birimizi sevindirir.