YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaradağda “Xalqın düzgün seçimi” mövzusunda konfrans keçirilib

Qaradağ rayonunun Ələt qəsəbəsindəki 302 saylı tam orta məktəbdə Prezident İlham Əliyevin son prezident seçkilərindən ötən dövr ərzindəki fəaliyyətinə həsr olunmuş “Xalqın düzgün seçimi” mövzusunda tədbir keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, təşkilat nümayəndələri, partiya fəalları, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Təranə İsmayılova, Ələt qəsəbəsində yerləşən məktəblərin direktorları və müəllim kollektivi, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin əməkdaşları, şəhid ailələri və qazilər iştirak ediblər.

Konfransda RİH başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Təranə İsmayılova Prezident İlham Əliyevin son prezident seçkilərindən ötən dövr ərzindəki Azərbaycan dövlətinə və xalqına verdiyi töhfələri faktlarla konfrans iştirakçılarının diqqətinə çatdırıb.

YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev cənab İlham Əliyevin prezident seçilməsini zəruri edən amilləri açıqlayıb.

Daha sonra Ələt qəsəbə axundu İslam Məcidov şəhidlərimizin ruhuna dualar oxuyub.

Tədbirdə çıxış edən 110 saylı məktəbin direktoru Sərvinaz Hüseynova, 105 saylı məktəbin müəllimi Ələmdar Abdullayev, şəhid atası Qasım Abdullayev, şəhidin həyat yoldaşı Nərgiz Mahmudova, qəsəbə ağsaqqalı Qurbanqulu Rəhimov 2018-ci ilin aprelin 11-də keçirilən prezident seçkilərindən başlanan uğurlu struktur islahatlarının Azərbaycan xalqı tərəfindən məmnunluqla qarşılandığını qeyd ediblər.

Sonda 166 saylı tam orta məktəbin şagirdi Səma Əliyeva Vətənə həsr olunan şeir səsləndirib, 302 saylı tam orta məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompazisiya nümayiş olunub.