YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid ailəsi ilə görüş olub

Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatı 14 nömrəli ərazi partiya təşkilatının fəalları və Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Şuşa şəhər Niyazi adına uşaq incəsənət məktəbinin direktoru və müəllim kollektivi şəhid baş leytenant Mixail Hamlet oğlu Həmidovun ailəsini ziyarət ediblər.

Ailə ilə söhbət zamanı şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub.

Ərazi partiya təşkilatının sədri Anar Əlizadə bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.