YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu Öndərin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş silsilə idman yarışları ilə bağlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş silsilə idman yarışlarının keçirilməsi ilə bağlı tədbir baş tutub. İdman yarışları Yasamal Rayon İcra Hakimiyyəti, YAP Yasamal rayon təşkilatı və Yasamal rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçiriləcək.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən gənclər siyasəti uğurla davam etdirilir və onun bir hissəsi olan idman yarışlarında əldə edilən nailiyyətlər yüksək səviyyədədir. Diqqətə çatdırılıb ki, Azərbaycan gəncliyi ölkə həyatının bütün sahələrində fəal iştirakı ilə seçilir, ictimai-siyasi, sosial-iqtisadi, humanitar və digər tədbirlərin keçirilməsində və xüsusilə idman yarışlarında fəal şəkildə iştirak edir. Bundan əlavə olaraq Bəxtiyar Nəbiyev Azərbaycanda idman sahəsində gənclərin qarşısında duran əsas məqsədləri kimi həm ölkə daxilində, həm də beynəlxalq yarışlarda vətənimizi uğurlu şəkildə təmsil etmələrini və yüksək nailiyyətlər əldə etmələrini vurğulayıb.

Sonra çıxış edən Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov qeyd edib ki, respublikamızda ulu öndər Heydər Əliyevin banisi olduğu və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən idman siyasəti uğurla inkişaf edir və çiçəklənir. Bu uğurun da davamlı olması və gənclərin bədən tərbiyəsi və idmanla aktiv məşğul olması istiqamətində Yasamal rayonu ərazisində idman yarışlarının keçirilməsi olduqca vacibdir. Onun sözlərinə görə, 2022-ci ilin aprel-may aylarında Yasamal rayonu ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələrindən təşkil olunmuş komandaların iştirakı ilə yarışlar keçiriləcək. Ümumilikdə yarışların proqramına əsasən 6 idman növündə (basketbol, stolüstü tennis, voleybol, dama, şahmat, mini-futbol) yarışlar keçiriləcək. Hər bir növ üzrə isə I, II, III yerləri tutmuş komandalar müvafiq dərəcəli kubok və diplomlar, komanda üzvləri isə müvafiq dərəcəli diplom və medallarla təltif olunacaqlar.

Daha sonra müzakirə formatında davam edən görüşdə tədbir iştirakçılarının sualları cavablandırılıb, təklifləri dinlənilib.