YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nümunəvi siyasət - şəhid ailələri, müharibə əlilləri Prezident İlham Əliyevin diqqət mərkəzində

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Prezident İlham Əliyevin siyasəti milli maraqlara əsaslanmaqla və müasir çağırışlara adekvat olmaqla yanaşı çoxşaxəlidir. Dövlətin iqtisadi gücünün, siyasi nüfuzunun artırılması, beynəlxalq mövqeyinin möhkəmləndirilməsi, xalqın rifahının yaxşılaşdırılması və digər məsələlər ölkə rəhbərinin siyasətinin əsas istiqamətlərini - hədəflərini təşkil edir. Bu strateji kurs həm də sosial məzmunə malikdir - dövlətin öz vətəndaşlarına hərtərəfli dəstək göstərməsini ifadə və ehtiva edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

Dövlət başçısının bütün qərarlarında, imzaladığı fərman və sərəncamlarda dövlətin vətəndaşa hərtərəfli qayğısı aşkar şəkildə görünür. Həssas sosial qruplara - şəhid ailələrinə, əlillərə, müharibə veteranlarına yüksək diqqət də bu baxımdan xüsusi qeyd edilməlidir. Bu kateqoriyadan olan insanların təqaüdünün artırılması, onların fərdi evlərlə, mənzillərlə, nəqliyyat vasitələri ilə təmin olunması istiqamətində davamlı addımlar atılır.

Son olaraq isə dövlət başçısının 2022-ci il 11 aprel tarixli Fərmanla “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası”nın təsdiq etməsi mühüm əhəmiyyətə malikdir. Keçmiş məcburi köçkünlər üçün tikilmiş və istifadəsiz mənzillərin satışından əldə olunan vəsait şəhid ailələri, müharibə əlillərinin mənzil və fərdi evlə təminatına yönəldiləcək. Bu, Prezident İlham Əliyevin diqqət və qayğısının daha bir nümunəsi - əyani ifadəsidir.

 Azərbaycan xalqı dövlət başçısının həssas kateqoriyadan olan şəxslərə qayğıkeş münasibətini yüksək qiymətləndirir, qəbul edilən qərarların, atılan addımların təqdirəlayiq olduğunu qeyd edir. Bu isə ictimai həmrəyliyin – milli birliyin daha da möhkəmlənməsini şərtləndirir.