YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Maliyyə naziri: Ötən ilin ümumi daxili məhsulu üzrə nəzərdə tutulan artım artıqlaması ilə icra edilib

2022-ci ilin birinci rübünün nəticələri 2021-ci il ərzində Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlərin davam etdirilməsi kimi qiymətləndirilə bilər. Ötən ilin sosial-iqtisadi yekunları göstərdi ki, Vətən müharibəsində böyük Qələbədən sonra Azərbaycan çox tez bir zaman kəsiyində öz qüvvələrini səfərbər edərək iqtisadiyyatda böyük irəliləyişə nail oldu.

Bunu maliyyə naziri Samir Şərifov 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə söyləyib.

Nazir qeyd edib ki, ötən ilin ümumi daxili məhsulu üzrə nəzərdə tutulan artım artıqlaması ilə icra edilib, yəni, 2,2 faiz artıq, 3,4 faizin əvəzinə 5,6 faiz: “Bu ildə də biz bu tendensiyanın davamını görürük. Həmin bu müsbət meyllər dövlət büdcəsinin cari ilin birinci rübündəki göstəricilərində də özünü büruzə verib. Birinci rübdə dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 6,3 faiz və yaxud 418 milyon manat artıqlaması ilə icra olunub və dövlət büdcəsinin gəliri 7 milyard 10 milyon manat təşkil edib.