YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan dünyada idman ölkəsi kimi tanınır

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Сənab Prezident İlham Əliyevin güləşçilərimizi qəbul edərək onları təbrik etməsi və öz tövsiyələrini verməsi Azərbaycan idmanına olan yüksək diqqət-qayğının daha bir bariz nümunəsidir.

Azərbaycanda bütün sahələrdə olduğu kimi idman sahəsində də böyük uğurlar qazanılır. İdman siyasətinin düzgün müəyyən olunması nəticəsində bu sahədə uğurlarımız ildən-ilə artır. Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb, beynəlxalq idman ailəsində layiqli yerini tutub. Sözsüz ki, bu uğurların təməli ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi kursla bağlıdır. 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıdandan sonra Azərbaycanda digər sahələr kimi idman sahəsi də inkişaf etməyə başladı. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eləcə də, respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu sahənin inkişafına xüsusi diqqət göstərir. Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Vətəndaşlarımızın fiziki və mənəvi tərbiyəsində əhəmiyyətli rol oynayan bədən tərbiyəsi və idman dövlətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunub. Bu qayğı idmanın inkişafına böyük təkan verməklə yanaşı, minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə olunmasında əlverişli şərait yaradır.

Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz bir daha xalqımızı sevindirib, böyük qələbə ilə Vətənə qayıdıblar. 16 medal qazanmış idmançılar bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırıblar. Avropa çempionatında medalların birini qadın idmançımız, digərlərini sərbəst güləş və yunan-Roma güləşi üzrə komandalarımız qazandı. Beləliklə həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə komandalarımız Avropada birinci oldular.

8 aprel 2022–ci il tarixində Prezident İlham Əliyevin Macarıstanda keçirilən Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edib. Ölkə başçısının güləşçilərimizi qəbul edərək onları təbrik etməsi və öz tövsiyələrini verməsi Azərbaycan idmanına olan yüksək diqqət-qayğının daha bir bariz nümunəsidir. Ölkəmizdə idmanın hər bir növünə olduğu kimi güləşin də inkişafına dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir.


Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi kimi “İdmanın inkişafı və idman nailiyyətləri təkcə ölkəmizi dünyada təbliğ etmir, gücümüzü göstərmir, eyni zamanda, cəmiyyətdə vətənpərvərlik hisslərini gücləndirir. Məhz vətənpərvərlik, Vətənə olan sədaqət, fədakarlıq bizi Qarabağın azad olunması uğrunda müharibədə irəliyə apardı”. Bəli bu gün artıq beynəlxalq arenalarda ölkəmizin və idmanımızın nüfuzunu artıran güləşçilərimiz qalib xalqı təmsil edir. Vətən müharibəsində böyük Zəfər qazanmış ölkəni təmsil etmək qürurverici olmaqla yanaşı bir o qədər də məsuliyyətli işdir və güləşçilərimiz bu vəzifəni layiqincə yerinə yetirirlər. Qitə birinciliyinə sahib olmaq gənc nəslin idman ənənələrimizi yaşadaraq necə əzmkar mübarizə apardığını göstərir. Davamlı olaraq gənclərimiz bu ənənələri yaşatmalı, vətənpərvərlik ruhunda tərbiyə almalıdır, çünki istər hərbi zəfərlərimizin, istərsə də idmanda uğurlarımızın kökündə bu prinsiplər dayanır.

Məlumdur ki, qarşıdan gələn Yay Olimpiya Oyunları 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək. Artıq güləşçilərimiz bu yarışmaya Avropa çempionu kimi yollanacaq. Yalnız güləşçilərimiz deyil, ölkəmizi Yay Olimpiya Oyunlarında təmsil edəcək bütün idmançılarımız ciddi hazırlıq tədbirləri görməlidir. Biz inanırıq ki, hər bir idmançımız öz əməyi ilə, öz gücü ilə Azərbaycanı bu yarışmada layiqincə təmsil edəcək.