YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pyer Benuel: Azərbaycan irqçiliyin, anti-semitizmin olmadığı yeganə ölkədir

Azərbaycanı çox yaxşı tanıyır və sevirəm. Orada sakit həyat var. İnsanlar hər kəsi mehriban qarşılayır, çox qonaqpərvərdirlər. Deyərdim ki, Azərbaycan dünyada irqçiliyin, anti-semitizmin olmadığı yeganə ölkədir. Çox təəssüf ki, ölkə müharibə ilə üzləşməli oldu.

Bu fikirləri fransız seçici, vəkil Pyer Benuel deyib.

“Azərbaycanda hamı məni Pyer kimi tanıyır. Azərbaycan sülh məkanıdır. Ümid edirəm ki, Ermənistanla da hərtərəfli sülh yaratmağa nail olacaq. Azərbaycanla bağlı hadisələri yaxşı bilirəm. Mən hər il Azərbaycana gedirəm. Bu ölkədə özümü daha əmin hiss edirəm. May ayında da Bakıya gedəcəyəm. Ancaq Novruz bayramında Bakıya getməyi daha çox sevirəm. Bakıda, Gəncədə, Qəbələdə olmuşam. Bu şəhərləri çox sevirəm. Bakı son onillikdə nəhəng və gözəl şəhərə çevrilib. Biz Azərbaycanın dostlarıyıq”, - deyə P.Benuel söyləyib.

Fransada keçirilən prezident seçkilərində səs verən Pyer Benuel bildirib ki, Fransanın indiki prezidenti çox gəncdir. O, tənqidlərlə, çoxlu uğursuzluqlarla üzləşdi. Onun prezidentliyi dövründə çox mürəkkəb hadisələr oldu. Avropada vəziyyət çox mürəkkəbdir. Xüsusilə də, indi Ukrayna münaqişəsi ilə bağlı vəziyyət çox mürəkkəbdir.

DİGƏR Xəbərlər Arxiv