YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağdaş rayon təşkilatında “Zəfərimizin başlanğıcı-Aprel döyüşləri” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatında “Zəfərimizin başlanğıcı-Aprel döyüşləri” adlı tədbir keçirilib.

Aprel döyüşləri və Vətən müharibəsi iştirakçılarının, bir qrup rayon gəncinin iştirak etdiyi görüşü YAP Ağdaş rayon təşkilatının məsul əməkdaşı Emil Əzizov açaraq Aprel döyüşləri haqqında geniş məlumat verib. Qeyd edib ki, ölkəmizin tarixində qələbə ilə yadda qalan Aprel döyüşləri zamanı bir sıra ərazi və yüksəkliklər düşmən tapdağından azad olunub.

Daha sonra tədbirdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri İsmayıl Xudiyev çıxış edərək şəhid ailələri, müharibə əlilləri və iştirakçılarına olan dövlət qayğısından, yaradılan şəraitdən danışıb, eyni zamanda  Azərbaycan Ordusunun  gücündən bəhs edib.

Rayon Gənclər və İdman idarəsinin rəisi Azad Gözəlov mövzu ətrafında çıxış edərkən Azərbaycan gənclərinin, eyni zamanda ağdaşlı gənclərin igidliyindən, yüksək vətənpərvərlik ruhunda yetişməsindən danışıb, ölkə başçısı cənab İlham Əliyevin gənclərə, o cümlədən idmana olan qayğısından söhbət açıb.

Tədbirdə çıxış edən YAP Ağdaş rayon təşkilatının məsul əməkdaşı Anar Şahmuradov müstəqilliyin ilk illərində naşı rəhbərlərin səriştəsizliyi səbəbindən erməni təcavüzü zamanı torpaqlarımızın itirilməsindən danışaraq cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə davamlı olaraq həyata keçirdiyi ordu quruculuğuna diqqət çəkib, başlanğıc nöqtəsi Aprel döyüşləri olan Vətən müharibəsində qazanılan Zəfərin Ali Baş Komandan-xalq-ordu birliyi sayəsində əldə olunduğunu vurğulayıb.