YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qubada Vətən müharibəsi şəhidlərinin doğum günləri münasibətilə məzarları ziyarət olunub

Qubada Vətən müharibəsi şəhidləri Hacıyev Aydəmir Sənan oğlunun və Süleymanov Samir Çingiz oğlunun doğum günləri münasibətilə xatirələri anılıb.

Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova və Aparat əməkdaşları rayon Şəhidlər xiyabanında Qırmızı Qəsəbə sakini Aydəmir Hacıyevin və Quba şəhər sakini Samir Süleymanovun məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyublar. Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün xalqımız haqq-ədalət uğrunda müharibədə Zəfər çalmış bir ölkədir. Şəhidlərimiz Vətənimizin işğaldan azad olunmuş torpaqları uğrunda öz qanından, canından keçərək Şəhidlik zirvəsinə ucalıblar. Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər.

YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova və Aparat əməkdaşları şəhidlərin ailə üzvləri ilə də görüşərək, onların qayğı və problemləri ilə maraqlanıblar.

DİGƏR Xəbərlər Arxiv