YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Azərbaycan pandemiyaya qarşı mübarizədə fəal təşəbbüslərlə çıxış edir

“Fevralın 25-də BMT Baş Assambleyasının sədrinin “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda təşkil etdiyi yüksək səviyyəli tematik müzakirələrində Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlətimizin başçısı və Qoşulmama Hərəkatının sədri kimi üzv dövlətlər adından videoformatda çıxışı təqdim olunub. Cənab Prezident çıxışında bir çox mühüm məsələlərə öz münasibətini bildirib. Qeyd olunub ki, COVİD-19 ilə mübarizədə, onun nəzarət altında saxlanılması, habelə dövlətlərə dəstəyin verilməsi üzrə səylərin əlaqələndirilməsində BMT sisteminin fundemental rolu olub və Ümumdünya Səhiyyə Təşkilatının səyləri əvəzolunmazdır. Bu istiqamətdə Qoşulmama Hərəkatının fəaliyyəti yüksək qiymətləndirilib”. Bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Deputat bildirib ki, 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVİD-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsi, habelə ötən ilin mart və dekabr aylarında İnsan Hüquqları Şurası və Baş Assambleya tərəfindən qəbul edilmiş “COVİD-19” pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr Qoşulmama Hərəkatına üzv dövlətlər adından irəli sürülüb. Prezident İlham Əliyev ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlərdən bəhs edərkən bildirib ki, Azərbaycan COVİD-19 pandemiyasının nəzarətdə saxlanılması üçün təsirli və adekvat tədbirlərin həyata keçirilməsini davam etdirir. Ölkəmizdə peyvəndlənmə kampaniyasına 2021-ci ilin yanvar ayında başlanılıb. Bu günə kimi 18 yaşdan yuxarı əhalinin 68 faizinə peyvəndin iki dozası vurulub. COVİD-19-dan əziyyət çəkmiş əhali və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün bu ilin dövlət büdcəsindən 1,6 milyard ABŞ dolları məbləğində maliyyə yardımı ayrılıb.

Həmrəylik əlaməti olaraq, koronavirusla mübarizəni dəstəkləmək məqsədilə Azərbaycan birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardım göstərib. Bununla bərabər, 5 ölkəyə peyvənd ianəsi edilib və bu iş davam etdiriləcək. Hazırda ölkəmiz tərəfindən Qoşulmama Hərəkarına üzv olan 14 ölkəyə təqribən bir milyon doza peyvəndin ianə edilməsi prosesi davam edir. Cənab Prezident Qoşulmama Hərəkatının bu istiqamətdə təşəbbüslərini davam etdirəcəyini bildirərək demişdir: “Qoşulmama Hərəkatı pandemiyanın tezliklə aradan qaldırılması və effektiv bərpa prosesinə imkan yaradacaq beynəlxalq həmrəyliyin gücləndirilməsi üçün fəal şəkildə səylərini davam etdirməyə hazırdır. Bu mənada Hərəkatımız post-COVİD-19 dövrünün bərpa ehtiyacları ilə bağlı nəticəyönümlü təşəbbüslərlə çıxış edəcək”.