YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağstafa rayon təşkilatının ərazi partiya təşkilatlarının hesabat-seçki yığıncaqları keçirilib

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı Poçtamt, Maliyyə idarəsi, Kapital bank (Ağstafa filialı), Mərkəzi Xəstəxana, Ağstafaçay Hidroqovşaq, Azərişıq və Ağstafa Mənzil-Kommunal Təsərrüfatı Birliyi ərazi partiya təşkilatlarının hesabat-seçki yığıncaqları keçirilib.

Yığıncaqlarda ərazi partiya təşkilatlarının görülmüş işləri və hesabatları dinlənilib. Hesabat məruzələri ətrafında geniş müzakirələr aparılıb və ərazi partiya təşkilatlarının hesabatları qənaətbəxş hesab olunaraq qəbul edilib.

Daha sonra partiya təşkilatlarının rəhbər orqanlarının yeni tərkibi seçilib. Beləliklə, Poçtamt ərazi partiya təşkilatına sədr Salıfova Lamiyə Qabil qızı, müavin Mürüdova Günel Nasir qızı, Maliyyə idarəsi ərazi partiya təşkilatına sədr Hüseynov Azər Cəmaləddin oğlu, müavin Hüseynov Camal Baloğlan oğlu və Kapital bank (Ağstafa filialı) ərazi partiya təşkilatına sədr Mürşüdov Elbrus Göyçə oğlu, müavin Şamquliyev Eynur Sarif oğlu, Mərkəzi Xəstəxana ərazi partiya təşkilatına sədr Sofiyev İlham Fərman oğlu, sədr müavini Namazova Həcər Posu qızı, Ağstafaçay Hidroqovşaq ərazi partiya təşkilatına sədr Quliyev Sənan Nakir oğlu, sədr müavini Salıfov Zaur Sakit oğlu, Ələkbərov Azad Nəsib oğlu Azərişıq ərazi partiya təşkilatının sədri, Əfəndiyev Vüsal Məhəmməd oğlu sədr müavini, İsmayılov Yalçın Mahmud oğlu Ağstafa Mənzil-Kommunal Təsərrüfatı Birliyi ərazi partiya təşkilatının sədri, Məmmədova Gülzadə İsmayıl qızı sədr müavini seçiliblər.

YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev və təşkilatın əməkdaşları yeni seçilmiş sədr və müavinləri təbrik edərək, təşkilatın işlərində uğurlar arzulayıblar, onları partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıblar.

DİGƏR Xəbərlər Arxiv