YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Bərdə rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir

Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatı S. Vurğun adına, şəhid A.Əsgərov adına, Mədəniyyət ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra ərazi partiya təşkilalarının hesabat dövrü ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Hesabat məruzələri ətrafında çıxış edənlər təşkilatların fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Yığıncaqlarda təşkilati məsələlərə də baxılıb. S.Vurğun adına ərazi partiya təşkilatına Məhərrəm Şəfiyev sədr, Ədalət İbrahimov sədr müavini, A.Əsgərov adına ərazi partiya təşkilatına Elşad Məmmədov sədr, Vüsalə Musayeva sədr müavini, Mədəniyyət ərazi partiya təşkilatına Validə Nabatova sədr, Tamam Cəfərova sədr müavini seçiliblər.  

DİGƏR Xəbərlər Arxiv