YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Kəlbəcər rayon təşkilatı ərazi partiya təşkilatlarında hesbat-seçki yığıncaqları keçirilib

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının Gəncə şəhəri Gülüstan qəsəbəsində müvvəqqəti yerləşən Kəlbəcər rayon Təhsil Şöbəsi, Statistika və Baytarlıq idarəsi ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

Yığıncaqlarda ərazi partiya təşkilatlarının görülmüş işləri və hesabatları dinlənilib.

Həmçinin ərazi partiya təşkilatları yenidən formalaşdırılaraq Təhsil şöbəsi üzrə Namiq Rəcəbov sədr, İsmayıl Məhəmmədov sədr müavini, Statistika idarəsi üzrə Ramil Salmanov sədr, Sərdar Əliyev sədr müavini, Baytarlıq idarəsi üzrə Mirəzli Məmmədov sədr, Ləman İsgəndərova  isə sədr müavini seçiliblər.

Həmçinin Kəlbəcər Dövlət Aqrar İnkişaf Mərkəzində üzvlərin müraciəti əsasında yeni ərazi partiya təşkilatı təsis olunub. Rizvan Şəmilov ərazi partiya təşkilatının sədri Nicat Sadıqov isə sədr müavini seçilib.

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov ərazi partiya təşkilatlarına yeni seçilən sədr və müavinləri təbrik edərək onlara uğurlar arzulayıb. Onları partiyanın fəaliyyətində aktiv iştirak etməyə çağırıb.

DİGƏR Xəbərlər Arxiv