YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Li Canşu: Çin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin gələcək fəaliyyətində Azərbaycanı dəstəkləyir

Çin Xalq Respublikası Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşu Milli Məclisin sədri Sahibə Qafarovaya təbrik məktubu ünvanlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Çin parlamentinin sədri məktubda ötən il noyabrın 28-də İspaniyanın paytaxtı Madrid şəhərində keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin təsis iclası barədə fikirlərini bildirib.

Tədbirin müvəffəqiyyətlə keçirildiyini və uğurlu nəticələr əldə edildiyini vurğulayan Li Canşu Azərbaycan Respublikasının Milli Məclisi və onun sədri Sahibə Qafarovanın Qoşulmama Hərəkatına üzv ölkələrin parlamentləri arasında əməkdaşlığın genişləndirilməsində səylərini yüksək qiymətləndirib.

Li Canşu Çinin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin gələcək fəaliyyətində Azərbaycanı dəstəklədiyini bildirib. Ölkəsinin yeni yaradılmış quruma üzv ölkələrin parlamentləri ilə də sıx münasibətlər qurmağa hazır olduğunu deyib. O, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində dünyada multilateralizmin inkişafı və sülhün bərqərar olması üçün üzv ölkələrin birgə səylərinin vacibliyini vurğulayıb.