YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Səbail rayon təşkilatında “Gənclər bizim gələcəyimizdir” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında “Gənclər bizim gələcəyimizdir” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan rayon təşkilatının sədri Muxtar Nağıyev ulu öndər Heydər Əliyevin Gənclər Gününü təsis etməsindən, gənclərə verdiyi dəyərdən danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin gəncliyə və gənclərə qayğısı yeni mərhələdə inkişaf etməkdədir. Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanda Gənclər Gününün təsis edilməsinin əhəmiyyətindən danışan M.Nağıyev prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini qeyd edib.

“İstiqlaliyyət küçəsi 6” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Mikayıl Zeynalov, S.Y.Bakuvi küçəsi 35” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü, Auditorlar palatasının icraçı direktoru Səbuhi Gülməmədov, “Badamdar şosesi 40” ünvanı üzrə ərazi partiya təşkilatının əməkdaşı Lalə Axundova, “Üzeyir Hacıbəyov 34” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Təhmasib İmaməliyev də çıxışlarında Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıblar.

Partiya fəalları - Rizvan Vahabov, Əhliman Qarayev, Arzuman Muradlı, Təranə Kərimova və digərləri də Azərbaycan gəncliyinin uğurlu həyat yolundan danışaraq gənclərə uğurlar arzu ediblər.

Qeyd edək ki, “S.Y.Bakuvi küçəsi 35” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü Səbuhi Gülməmədov təşkilatın ictimai-siyasi həyatında fəal iştirakına görə və anadan olmasının 50 illik yubileyi münasibətilə fəxri fərmanla təltif olunub.