YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Ərzaq təhlükəsizliyinin təmin olunmasında toxumçuluğun inkişafı mühüm amildir

«Həyata keçirilən düzgün siyasət nəticəsində neftdən əldə edilən gəlirlər qeyri-neft sektorunun, o cümlədən, iqtisadiyyatımızın prioritet sahələrindən olan kənd təsərrüfatının inkişafına yönəldilir». Bu fikri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, ərzaq təhlükəsizliyinin təmin olunmasında toxumçuluğun inkişafı mühüm amildir. Onun sözlərinə görə, toxumçuluq həm bitkiçiliyin, həm də heyvandarlığın intensiv inkişafını təmin edən amildir.

«Ona görə də, biz çalışmalıyıq ki, əsas ərzaq məhsullarının becərilməsi üçün tələb olunan həcmdə yüksək reproduksiyalı toxum istehsalı təmin olunsun. Əgər hansı əsas ərzaq məhsulunun istehsalı üçün lazım olan toxumu xaricdən alırıqsa, bu, o deməkdir ki, ölkəmiz həmin məhsula görə idxaldan asılıdır. Fərəhli haldır ki, ölkə Prezidentinin Sərəncamı ilə Dövlət Toxum Fondunun yaradılması qərara alınıb və müvafiq göstərişlər verilib. Hesab edirik ki, hökumət bu Fondun imkanlarından istifadə edərək elit toxum istehsalının xüsusi çəkisinin hazırkı 1,3 faiz səviyyəsindən 10-12 faizə çatdırılması üçün əsaslı tədbirlər görəcəkdir» - deyə E.İbrahimov vurğulayıb.