YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Saatlıda şəhid Elgiz Mehtiyevin ildönümü mərasimi keçirilib

Saatlı rayonunun Bəylər kəndində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatları zamanı qəhrəmancasına şəhid olan Mehtiyev Elgiz Şahin oğlunun ildönümü mərasimi keçirilib.

Anım tədbirinə qatılan Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının nümayəndələri şəhidin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Daha sonra təşkilat əməkdaşları şəhidin ailəsi ilə görüşüb, onların qayğı və problemləri ilə maraqlanıblar. Görüşdə Elgiz Mehtiyevin Vətən müharibəsinin ilk günündən ön cəbhədə savaşdığı, döyüş meydanında böyük şücaət və cəsarət nümunələri göstərdiyi, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medallarına layiq görüldüyü qeyd edilib.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.

 

 

 

DİGƏR Xəbərlər Arxiv