YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mövlud Çavuşoğlu: Azərbaycanın Qarabağda qazandığı Zəfərdən sonra Qafqazda normallaşma prosesi üçün addımlar atırıq

Türkiyənin xarici siyasətindəki dinamikanı görmək üçün 2021-ci ilin yekunlarına baxmaq kifayətdir.

Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu hakim Ədalət və İnkişaf Partiyasının Ankara vilayət təşkilatının məşvərət qrupunun Antalyada keçirilən toplantısında çıxışı zamanı deyib.

Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı şanlı Qələbədən bəhs edən nazir diqqətə çatdırıb ki, ölkələrlə münasibətləri normallaşdırmaq Türkiyənin xarici siyasətində prioritetdir. Azərbaycanın Qarabağda qazandığı Zəfərdən sonra Qafqazda normallaşma üçün addımlar atırıq. Onilliklər ərzində münasibətlərdə problemlər yaşadığımız ölkələrlə əlaqələrin normallaşması mühüm istiqamətdir.