YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qusarda Vətən müharibəsi şəhidlərinin anım tədbirləri keçirilib

Qusar rayonunda 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Ramazanov Rail Arif oğlunun və Şahbazov Sərvan Əliməhəmməd oğlunun anım mərasimləri keçirilib.

İldönümü tədbirlərinə Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının fəalları, Qusar Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidin döyüş yoldaşları, yaxınları və rayon ictimaiyyətinin nümayəndələri qatılıblar.

Əvvəlcə şəhid Rail Ramazanovun Hil, Sərvan Şahbazovun Gündüzqala kənd qəbirstanlıqlarındakı məzarları ziyarət olunub, ruhlarına dualar oxunub, xatirələri ehtiramla yad edilib.

Daha sonra mərasim iştirakçıları şəhidlərin ailələrini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildiriblər.

Qeyd edək ki, Vətən müharibəsinin qəhrəmanları Sərvan Şahbazov və Rail Ramazanov Xocavənd döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıblar.