YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın cari ildə ABŞ və Çin ilə əlaqələri daha da inkişaf edib

Azərbaycanın cari ildə ABŞ və Çin Xalq Respublikası ilə bir çox sahələrdə əməkdaşlığı daha da inkişaf edib.

Bu barədə Xarici İşlər Nazirliyinin 2021-ci ilin yekunlarına dair mətbuat buraxılışında bildirilib.

Qeyd edilib ki, il ərzində ABŞ-la Azərbaycan arasında ali səviyyədə məktub mübadilələri və ABŞ dövlət katibi Entoni Blinken ilə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov arasında təmaslar baş tutub. Bununla yanaşı, Oklahoma ştatının qubernatoru Kevin Stitti və Oklahoma Milli Qvardiya Komandanı general-leytenant Maykl Thompsonun rəhbərlik etdiyi nümayəndə heyəti və ABŞ Dövlət Departamentinin digər rəsmilərinin ölkəmizə səfərləri olub.

Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında siyasi, iqtisadi və nəqliyyat-logistika sahələrində əməkdaşlıq ilə bağlı təmaslar davam etdirilib. 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında telefon danışığı və müvafiq fikir mübadiləsi ikitərəfli münasibətlərin inkişafına təkan verib. İl ərzində Azərbaycan-Çin Hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq Komissiyasının 8-ci iclası keçirilib, Azərbaycan və Çin şəhərləri arasında əməkdaşlıq əlaqələrinin qurulmasına dair sazişlər imzalanıb.

DİGƏR Xəbərlər Arxiv