YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Vikipediyada Azərbaycan Həqiqətləri” mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və “Qorqud” Vikipediya Metodik klubunun birgə təşkilatçılığı ilə “Vikipediyada Azərbaycan Həqiqətləri” mövzusunda tədbir keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev iştirakçıları salamlayaraq bildirib ki, Azərbaycan Şərq və Qərb mədəniyyətini özündə birləşdirən zəngin mədəni irsə malikdir. Qeyd edib ki, bu zəngin irsin qorunması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün belə təlimlərin mütəmadi keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Milli Məclisin deputatı Elnur Allahverdiyev çıxışında ermənilərin ərazi adlarımızı saxtalaşdırmalarından danışıb. Azərbaycan həqiqətlərinin dünyaya tanıdılmasının vacibliyini vurğulayıb: “Hər birimiz Vətən qarşısında üzərimizə düşən borcumuzu yerinə yetirməliyik. 1 il əvvəl bunu cəngavər döyüşçülərimiz etdilər. İndi xüsusilə informasiya cəbhəsində bunu hər birimiz, xüsusilə də gənclərimiz edə bilər. Azərbaycanda könüllülük hərəkatının geniş vüsət aldığını nəzərə alsaq, “Qorqud” kimi platformalar bu istiqamətdə əlverişli intellektual müstəvidir”.

Çıxış edən könüllü Ayxan Ziyadzadə Azərbaycanın tanınmasında vikipediyanın əhəmiyəti, “Qorqud” Vikipediya Metodik Klubunun 2021-ci ildə azad ensiklopediyadakı fəaliyyəti barədə danışıb.

Milli Məclisin deputatı Ramil Həsən bu klubun fəaliyyətinin vacibliyinə toxunub və bu işdə fəal olan gənclərə dəstəyi yüksək qiymətləndirib.

Çıxış edən Milli Məclisin deputatı Naqif Həmzəyev vikipediyada Azərbaycan barədə informasiya yerləşdirilməsinin önəmini və vacibliyini vurğulayıb.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov da çıxışında təlimlərin və gənclərin burada fəaliyyətinin vacibliyini vurğulayıb. Azərbaycan həqiqətlərinin dünyada tanıdılmasında gənclərin çox böyük rolunun olduğunu söyləyib.

Sonda təlimdə fəal iştirak edən gənclərə fəxri fərmanlar təqdim olunub.

 

 

 

DİGƏR Xəbərlər Arxiv