YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Goranboyda şəhid Rəşad Aslanovun xatirəsi anılıb

Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının təmsilçiləri,  hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri  ilə birlikdə Goranboy rayonu Qarqucaq kəndində Vətən müharibəsi şəhidi Aslanov Rəşad Taryel oğlunun il mərasimində iştirak ediblər.

Mərasim iştirakçıları şəhid Aslanov Rəşadın Qarqucaq kəndindəki məzarını ziyarət edib, ruhuna dualar oxuyub, xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra şəhidin evində təşkil olunmuş anım mərasimində çıxış edən millət vəkili şəhidimizə Allahdan rəhmət diləyib, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə II Qarabağ zəfər savaşının məhz şəhidlərimizin qanı və canı bahasına uğurla nəticələndiyini, eyni zamanda, 30 ildən sonra qəhrəman ordumuzun torpaqlarımızı düşmən tapdağından azad etdiyini vurğulayıb.

Şəhid ailəsinin üzvləri də dövlətimiz tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Aslanov Rəşad ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif edilib.