YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xətai rayon təşkilatı ərazi partiya təşkilatlarının hesabat-seçki yığıncaqları davam edir

  Dekabrın 28-də  Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı  Məhəmməd Hadi  küçəsi 15 və Qaçaq Nəbi küçəsi  6A ünvanlarında yerləşən ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarını  keçirib. Hesabat məruzələri dinlənilib, çıxışlar əsasında ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyəti dəyərləndirilib.

    Yığıncaqlarda çıxış edən  Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə ötən hər bir ilin Azərbaycanın tarixinə mühüm hadisələr yazdığını bildirib: “Qürurvericidir ki, müasir müstəqil Azərbaycanımızın bu günündən dünəninə baxanda biri-birindən əhəmiyyətli uğurları görür və onların əsasında sabaha böyük inamla irəliləyirik.  Zaman, dövr dəyişir. Əsas olan düzgün qurulan və gələcəyə hesablanmış siyasət nəticəsində  dövrün tələblərinə uyğun hədəfləri müəyyənləşdirmək və onlara yüksək səviyyədə nail olmaqla ölkənin hərtərəfli inkişafını təmin etməkdir. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başlanan yol  Azərbaycana möhtəşəm uğurlar qazandırır. Ölkəmiz sabitlik diyarı kimi  dünyanın diqqətindədir. Bu amil  həm ölkəmizin daxildə inkişafına, həm də beynəlxalq almdə nüfuzuna müsbət təsirini göstərir. Bütün bu uğurlarımız tarixi Zəfərimizə yol açdı.”

   Vüqar Rəhimzadə iqtisadiyyatını düzgün əsaslar üzrində quran Azərbaycanın  dayanıqlı inkişafından geniş bəhs edib. Bildirib ki, bu inkişaf əhalinin sosial müdafəsinin gücləndirilməsinə hər zaman öz müsbət təsirini göstərir. Dövlət başçısı İlham Əliyevin  2022-ci ilin ilk sosial paketinə daxil olan Fərman və sərəncamlarına diqqət yetirmək kifayətdir.  Atılan bu addımlar  vətəndaş amilinə verilən dəyəri  bir daha təsdiqləyir.

   YAP Xətai rayon təşkilatının sədri ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, möhtərəm Prezidentimiz İlham Əliyevin Sədri olduğu Yeni Azərbacan Partiyasının cəmiyyətdə artan nüfuzundan, siyasi çəkisindən geniş bəhs edərək bilbirib ki, partiya  xalqımızın istək və arzularının ifadəçisi kimi çıxış edir, qəbul etdiyi qərarları ilə daim dövlətimizin qüdrətlənməsinə, xalqımızın rifah halının daha da yaxşılaşdırılmasına çalışır: “Partiyanın tarixi Zəfərimizin  sevincini yaşadığımız  zamanda, bu ilin martında keçirilən VII qurultayı bütövlükdə qarşıdakı dövrün ümumi mənzərəsini təqdim edir. Həmin qurultayda ölkə Prezidenti, YAP Sədri İlham Əliyevin nitqində  qarşıda dayanan vəzifələr  öz əksini tapmışdır. 2022-ci il ölkəmiz üçün, Yeni Azərbaycan Partiyası üçün böyük uğurlar vəd edir.”

 Sonra hesabat-seçki yığıncağında  təşkilati məsələlərə baxılıb. Fəridə Əzizova  Məhəmməd Hadi küçəsi 15 ünvanında yerləşən  ərazi partiya təşkilatının sədri, Cəmilə Hüseynova   sədr müavini, Mehri İsmayılova  Qaçaq Nəbi küçəsi 6A ünvanında yerləşən   ərazi partiya təşkilatının sədri,  Rafiq Məmmədov  isə sədr müavini seçiliblər.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yeni tərkiblərə fəaliyyətlərində uğurlar arzulayıb.