YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xətai rayon təşkilatı ərazi partiya təşkilatlarının hesabat-seçki yığıncaqları davam edir

Dekabrın 27-də  Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı  Lütfüzadə  küçəsi 38 ünvanında yerləşən ərazi partiya təşkilatında və Rabitəçi ərazi partiya təşkilatında hesabat-seçki yığıncağını  keçirib. Hesabat məruzələri dinlənilib, çıxışlar əsasında ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətləri dəyərləndirilib.

    Yığıncaqlarda çıxış edən  Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində olduğumuzu  önə çəkərək təkcə  2021-ci ildə  Azərbaycanın iqtisadi, siyasi, diplomatik sahələrdə qazandığı uğurlardan bəhs edərək bildirib ki, ölkəmiz işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərini, həmçinin 2019-cu ildən dünyanı cənginə almış koronavirus infeksiyası ilə mübarizə tədbirlərini həyata keçirsə də sosial-iqtisadi göstəriciləri ilə yenə də beynəlxalq maliyyə qurumlarının hesabatlarında birinciliyini qoruyub. Azərbaycan dünyanın ən islahatçı ölkəsi kimi mövqeyini möhkəmləndirir: «Tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərzailərimizdə bərpa və quruculuq işlərinə  start verildi. Diqqəti cəlb edən əsas məqam odur  ki, bütün şəhər və kəndlərin  bərpası, yeni layihələrin icrası Azərbaycanın öz maliyyə  imkanları hesabınadır.  Prezident İlham Əliyev  bütün şəhərlərimizin Baş Planının hazırlanması  tapşırığını verdi. Müasir texnologiyaların geniş tətbiq olunduğu hazırkı dövrdə dövlət başçısı İlham Əliyevin «ağıllı şəhər» və «ağıllı kənd» strategiyası əsasında bərpa və quruculuq işləri həyata keçirilir. Müasir tələblərə uyğun yollar çəkilir. 8 aya Füzuli Beynəlxalq Hava Limanının açılışı, həmçinin mənəvi tərəfi daha çox təhlil edilən Zəfər yolunun istifadəyə verilməsi   ölkəmizin iqtisadi imkanlarının təqdimatında əhəmiyyətli rol oynadı.»

   V.Rəhimzadə qeyd edib ki, bu bir ildə Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsi, dipomatik uğurlarımızın  davamlılığı tarixi Zəfərimizin yaratdığı reallıqların regionda və  dünyada dəstəklənməsinin göstəricisidir.

  YAP Xətai rayon təşkilatının sədri  partiyanın VII qurultayının da bu ilə  təsadüf etdiyini vurğulayaraq qeyd edib ki, İkinci Qarabağ müharibəsi digər sahələrlə yanaşı, siyasi sistemin təkmilləşdirilməsi istiqamətində qazanılan  uğurların da  təqdimatı oldu: «Belə ki,  50 siyasi partiya dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəklərini onun ətrafında sıx birləşmələri ilə təsdiqlədilər. Bu mühüm addımın davamı olaraq  Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 partiya öz müraciəti əsasında YAP-a qoşuldu. Bu, bir tərəfdən ölkəmizdə siyasi sistemin təkmilləşməsindən xəbər verirdisə, digər tərəfdən Yeni Azərbaycan Partiyasına inamı,  etimadı nümayiş etdirir. Milyonların partiyası olan YAP  xalqın  arzu və  istəklərini ifadə edir.  Heydər Əliyev ideyalarının fəal təbliğatçıları olan YAP üzvlərinin hər biri qarşıya qoyulan vəzifələrin  yüksək səviyyədə yerinə yetirilməsi üçün bütün səylərini birləşdirirlər.»      

  Sonra hesabat-seçki yığıncağında  təşkilati məsələlərə baxılıb. Məhbubə Hüseynova  Lütfüzadə küçəsi 38  ünvanında yerləşən  ərazi partiya təşkilatının sədri, İlahə İmanova  sədr müavini, Əbdül Hüseynov Rabitəçi ərazi partiya təşkilatının sədri,  Nazim Əliyev isə sədr müavini seçiliblər.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yeni tərkiblərə fəaliyyətlərində uğurlar arzulayıb.     

 

DİGƏR Xəbərlər Arxiv