YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elnarə Akimova: Azərbaycanın gücü - İlham Əliyev

ELNARƏ AKİMOVA

YAP İdarə Heyətinin üzvü,

filologiya elmləri doktoru

Bu gün İlham Əliyev tarix yazır, onu dəyişir, yenidən yaradır, sabah isə tarix onun obrazını özündə əbədiləşdirib gələcək nəslin yaddaş ünvanına çevirəcək. Ümummilli lider Heydər Əliyevin söylədiyi gözəl bir fikir var: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Bunlar tarix yaradan bir şəxsiyyətin, milli məfkurəli dövlət qurucusunun yalnız inamından hasilə gələn fikirlər deyildi, bu inamın kökündə İlham Əliyevdə ehtiva olunan dövlətçilik şüuruna, dövləti sağlam düşüncə və əzmlə idarə etmək və irəli aparmaq gücünə əminliyin diqtəsi dayanırdı. Zaman bu müdrik şəxsiyyətin qənaətlərində yanılmadığını sübut etdi.

**

O qədər ki, bu gün artıq hər kəsin inamla etiraf edəcəyi bir gerçək var: Azərbaycan naminə həyata keçirdiyi misilsiz işlər, imza atdığı siqlətli əməllərlə yanaşı, Ümummilli lider Heydər Əliyevin ən dəyərli əsəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Heydər Əliyevin uğurlu siyasi kursunun bariz örnəyi! İlham Əliyevin siyasi fəaliyyəti, hakimiyyətə gəldiyi illərdən etibarən nümayiş etdirdiyi yüksək səriştə və əzm ilk növbədə, varislik haqqını qoruyaraq Yola davam etməsindədir. Bir önəmli məqama diqqət çəkmək istəyirəm. Vik­tor And­ri­ya­novun “Gör­kəm­li adam­la­rın hə­ya­tı” se­ri­ya­sın­dan çap olunan, qüdrətli liderin siyasi həyatına, keçdiyi keşməkeşli zaman kəsiminə əhatəli nüfuzun yer aldığı “İl­ham Əli­yev” kitabında oxuyuruq:

 “Mehriban Əliyeva: “1987-ci ildən sonra bizim ailəmiz həqiqətən çox böyük çətinliklərlə üzləşdi. İlham özünü itirmədi. Hər şey elədi ki, ailəsi, uşaqlar bu çətinliyi hiss etməsinlər. O zaman çox böyük problemlərimiz var idi, bizə demək olar ki, heç kəs kömək etmirdi. Onun sayəsində biz çox üzgünlük çəkmədik...”

-Ağır idimi? – “Günay” qəzetinin jurnalisti bir il keçəndən sonra İlham Əliyevdən soruşur?

-Ağır idi, - İlham həqiqəti gizlətmir”.

 İlham Əliyev sovet epoxasının basqı, təzyiq və çətinlikləri içrə yetişsə də milli təəssüb, milli müəyyənlik duyğularını uca tutan lider oldu. Milli məfkurəyə sadiqliyi meyara çevirdi, müstəqil dövlətin keşiyində bu amala xidmətlə dayandı. 2020-ci ilin sentyabrın 27-dən başlayaraq, noyabrın 10-a qədər davam edən 44 günlük müharibə bunun sübutu oldu. Azərbaycan işğal altında olan tarixi torpaqlarını Müzəffər Ordunun və Ali Baş Komandan İlham Əliyevin əzmi ilə geri qaytardı. Bu, həm də öz dəyərlərinə, tarixi haqqına sahib çıxmağı bacaran qüdrətli siyasətçinin gücü demək idi. 

**

Millət olmağın, bütöv yaşamağın yaddaşda və amalda keçdiyi yolun müxtəlif mərhələləri olur. 90-cı illərdə bir xalq olaraq bu yolu Ümummilli lider Heydər Əliyevlə keçdik. O mərhələ ki, görünməmiş mənəvi, əxlaqi-siyasi deqradasiyadan sonra xilaskar kimi yetişib zamanın ahəngi ilə mənəvi-əxlaqi dəyərlərin sabitliyi arasında harmoniya yaratmışdı. Son otuz ilə yaxın dövrdə dünyada çox şey, bəlkə də hər şey dəyişdi: texnogen sivilizasiya özünü tükətdi, qlobal zor və şər stixiyası, anti insani düşüncə meydan suladı, irqçi fəlsəfələr, vulqar qərbçi “humanizm” oyunları, məzhəbçi müharibələr kamalın təntənəsinin heç bir nəticə verməyəcəyinin sübutu oldu. Gözəllik dünyanı xilas etmədi, elm bəhrə vermədi, kamal qalib gəlmədi.

Belə bir qlobal və geopolitik maraqların toqquşduğu seysmik zonada, antitəbiət və antiinsani dünya kultunun hakimi-mütləq olduğu bir zamanda, üstəlik Qarabağ kimi problemə az qala apokalipsis baxışın gücləndiyi bir dönəmdə toparlanıb millətimizin  taleyində tarixi bir dönüşə imza atmaq İlham Əliyevin siyasi səriştəsinin, dövləti təfəkkürünün və intellektinin ifadəsi idi. O, hər cür süni, qondarma qanun və stereotiplərin, perspektivdən məhrum bəyanatların qarşısına milli müqəddəratın meyarını qoydu. Bütövlüyünü qanı ilə qazanmağa layiq orduya, milli miqyasda düşüncə və təşkilati iş vüsətinə sahib olduğunu dünyaya təqdim etdi. Müstəqillik mentaliteti və statusunu həmişə uca tutub qoruyan Ali Baş Komandan İlham Əliyevin bu gün dünyanın gözü qarşısında nümayiş etdirdiyi məğrur lider obrazı  isə onun məqsəd və mövqeyinə real-əməli mündəricə qazandıran əsas rəmzlərdən oldu.

**

Bu qələbə İlham Əliyevin ilk növbədə, məfkurə baxımından gördüyü işlərin məntiqi yekunu kimi təzahür etdi. Bu işlər hansılardır?

Vaxtilə Ümummilli lider Heydər Əliyev “El­mi­miz­lə, mə­də­niy­yə­ti­miz­lə, mə­nə­viy­ya­tı­mız­la çox eh­ti­yat­lı, çox diq­qət­li dav­ran­maq la­zım­dır. Bu iş­lə­ri ba­zar iq­ti­sa­diy­ya­tı­nın ix­ti­ya­rı­na ver­mək ol­maz” – deyirdi. İlham Əliyevin də məsələyə münasibəti eyni kontekstdən nəşət edir. Bütün hallarda məqsəd, məram birdir: xalqın milli-mənəvi dəyərlərinin heç bir halda deqradasiyaya məruz qalmasına yol verməmək: “Bütün inkişaf etmiş ölkələr kimi, indi Azərbaycan da öz fəaliyyətini bazar iqtisadiyyatı prinsipi əsasında qurur. Əlbəttə, dünya praktikası artıq sübut edib ki, bu, ən mütərəqqi bir yanaşmadır. Ancaq bəzi hallarda əgər mənəviyyat itirsə, mənəvi dəyərlər o bazar iqtisadiyyatı içərisində əridilirsə, bu, cəmiyyətin normal yaşamasına böyük təhlükə yarada bilər. Biz çalışmalıyıq ki, ölkəmizin uğurlu iqtisadi inkişafını şərtləndirən bütün amillərlə yanaşı, mütləq və mütləq mənəvi dəyərlər itməsin. Bizim ənənələrimiz, tarixi nailiyyətlərimiz saxlanılsın, qorunsun. Əlbəttə, ölkənin gücü, zənginliyi onun iqtisadi qüdrətindədir. Ancaq, eyni zamanda, onun mənəvi gücündədir. Ona güc verən məhz mənəvi dəyərlərdir”.

Bu artıq bö­yük sı­naq­lar­dan çıx­mış və özü­nü təs­diq et­miş Hey­dər Əli­yevin döv­lət­çi­lik tə­li­mi­nin ye­ni ta­ri­xi reallıqda və müa­sir döv­rün ye­ni­lə­şən tə­ləb­lə­ri­ işı­ğın­da uğur­la və uzaq­gö­rən­lik­lə da­vamı deməkdir.

Biz Heydər Əliyev yolunun İlham Əliyevdə davam tapmasından bəhs edərkən yalnız siyasi-diplomatik rakursu nəzərdə tutmuruq. İlham Əliyev elmə, sənətə yanaşmada da Heydər Əliyev qərarlarının qaldığı yerdən başlayır, yaxud verilən sərəncamların yenilənməsində, ədiblərin, görkəmli şəxsiyyətlərimizin dəyərləndirilməsində meyarları qoruyur. Məsələn, gör­kəm­li döv­lət xa­di­mi Hey­dər Əli­ye­vin “Də­də Qor­qud” das­tan­la­rı­na mü­na­si­bə­ti ilə Pre­zi­dent İl­ham Əli­ye­vin bu möh­tə­şəm ədə­bi abi­də­ni qiy­mət­lən­dir­mə­si Azərbaycanda Heydər Əliyevlə başlayan milli-siyasi proseslərin davamlılığından soraq verir. Mə­lum ol­du­ğu ki­mi, vax­ti­lə “Də­də Qor­qud” das­tan­la­rı­nın 1300 il­li­yi­nin qeyd olun­ma­sı haq­qın­da fər­man im­za­la­mış və möh­tə­şəm yu­bi­ley təd­bir­lə­ri ke­çir­miş Hey­dər Əli­yev bu das­ta­na mü­hüm azər­bay­can­çı­lıq ha­di­sə­si ki­mi bax­mış­dır. Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­ye­vin 13 de­kabr 2013-cü il­də Ba­kı şə­hə­rin­də Də­də Qor­qud par­kı­nın və Də­də Qor­qud hey­kə­li­nin açı­lı­şı mə­ra­si­min­də­ki çı­xı­şın­da da das­ta­na mü­na­si­bət­də Azər­bay­can­çı­lıq ön möv­qe­də da­yan­mış­dır: “Ki­ta­bi-Də­də Qor­qud” Azər­bay­can xal­qı­nın mil­li sər­və­ti­dir. Bu əsər­də Azər­bay­can xal­qı­nın keç­miş hə­yat tər­zi, məi­şə­ti, psi­xo­lo­gi­ya­sı əks olun­muş­dur”.

 Ni­za­mi Gən­cə­vi ilə bağ­lı za­ma­nın­da atıl­mış mü­tə­rəq­qi ad­dım­lar öl­kə pre­zi­den­ti İl­ham Əli­yev tə­rə­fin­dən da­vam et­di­ril­məkdədir. Onun “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” sərəncamı öz icrası ilə qədim dövr ədəbiyyatımızın müasir dünyada təbliğinə xidmət edib. Belə ki, yubiley ilində Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərinin Çaoyan parkında Nizami Gəncəvinin büstü qoyulmuş, 28 oktyabr 2012-ci ildə Meksikanın Akapulko şəhərində isə heykəlinin təntənəli təməlqoyma mərasimi keçirilmişdir. 23 dekabr 2011-ci il tarixli sərəncamı ilə başlanan beynəlxalq tədbirlər silsiləsi 2012-ci ilin 1 oktyabrında Bakıda Heydər Əliyev sarayında başa çatmışdır. Nizaminin 870 illik yubileyi ilə əlaqədar olaraq bütün türk dünyasında “Nizami Gəncəvi ili” elan edilmiş, onun yubileyi TÜRKSOY-da beynəlxalq səviyyədə qeyd olunmuşdur. İlham Əliyev 2013-cü ildə də şai­rin əsər­lə­ri­nin fi­lo­lo­ji tər­cü­mə­si­nin tək­mil­ləş­di­ri­lə­rək, ye­ni­dən nəş­rə ha­zır­lan­ma­sı və müx­tə­lif dil­lə­rə tər­cü­mə edil­mə­si, ha­be­lə dün­ya­nın mö­tə­bər ki­tab­xa­na və ar­xiv­lə­rin­də şai­rin ye­ni əl­yaz­ma­la­rı­nın üzə çı­xa­rıl­ma­sı, döv­rü, ədə­bi ir­si və mək­tə­bi prob­lem­lə­ri­nin müa­sir hu­ma­ni­tar dü­şün­cə­nin tə­ləb­lə­ri kon­teks­tin­də və azər­bay­can­çı­lıq məf­ku­rə­si işı­ğın­da təd­qiq olun­ma­sı məq­sə­di­lə Ni­za­mi Gən­cə­vi­nin 870 il­lik yu­bi­le­yi­nin la­yi­qin­cə ke­çi­ril­mə­si haq­da sə­rən­cam im­za­la­mış­dır.

Təsadüfi deyil ki, müharibə bitən kimi, 2021-ci ili İlham Əliyev “Nizami ili” elan elədi. Bu, mədəni iqlimə köklənməyə gözəl bir vəsilə olmaqla bərabər, geopolitik maraqların mərkəzində olduğumuz indiki məqamda dünyaya bir də Nizami xalqı, Nizami milləti olaraq üz tutmağımızın mesajı kimi simvolik çalar kəsb edir.

Digər bir böyük şairimiz – Nəsimiyə münasibətdən danışmaq olar. Nizamidən bir neçə əsr sonra yaşamış İmadəddin Nəsiminin Şamaxıda heykəlinin açılış mərasimi 2005-ci ilin 26 aprelində baş tutmuş, Prezident İlham Əliyev bu möhtəşəm tədbirdə iştirak etmişdir. 2008-ci il­də onun təş­ki­lat­çı­lı­ğı ilə Hə­ləb şə­hə­rin­də bey­nəl­xalq konf­rans ke­çi­ril­miş, Nə­si­mi ərəb el­mi dai­rə­lə­rin­in diqqət mərkəzinə gətirilmiş, ərəb alimləri onun yük­sək hu­ma­nist fi­kir­lə­ri ilə ta­nış ol­muş­lar. 2004-cü il­də Nə­si­mi ir­si­nin iki­cild­li­yi 25 min ti­raj­la la­tın qra­fi­ka­sı ilə çap edil­miş­dir.

Eləcə də  2017-ci ildə Mol­la Pə­nah Va­qi­fin 300 il­lik yu­bi­le­yi  YU­NES­KO sə­viy­yə­sin­də Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti, cə­nab İlham Əli­ye­vin bö­yük təş­ki­lat­çı­lı­ğı ilə qeyd edil­miş­dir.

Məlumdur ki, 23 okt­yabr 1992-ci il­də Nax­çı­van MR Ali Məc­li­si­nin səd­ri Heydər Əli­ye­vin tə­şəb­bü­sü ilə Nax­çı­van­da Hü­seyn Ca­vi­din 110 il­li­yi tən­tə­nə­li qeyd edil­miş, ev-mu­ze­yi ye­ni­dən qu­rul­muş, mə­za­rı üzə­rin­də məq­bə­rə­si ti­kil­miş və 1996-cı ilin okt­yab­rın­da açı­lı­şı ol­muş­dur. Cə­nab İlham Əli­ye­vin rəh­bər­li­yi ilə bu işlər davamını tapmaqdadır.  Dra­ma­tur­qun beş cild­li­yi Tu­ran Ca­vid tə­rə­fin­dən nəşr edil­miş, Prezidentin 2005-ci ildə imzaladığı sə­rən­ca­mla əsər­lə­ri la­tın qra­fi­ka­sın­da bu­ra­xıl­mışdır. 2018-ci ildə İlham Əliyevin Hüseyn Cavidin 135 illiyinin keçirilməsi haqda imzaladığı sərəncam dahi şairə göstərilən növbəti iltifat oldu. Bütün bunlar Ümummilli lider Heydər Əliyevin Cavidlə bağlı təməlini qoyduğu siqlətli işlərin nəticəsi idi ki, İlham Əliyevin əməli fəaliyyətində də uğurlu davamını tapırdı.

Ba­kı şə­hə­rin­də Də­də Qor­qud abi­də komp­lek­si­nin ya­ra­dıl­ma­sı, xalq qəh­rə­ma­nı Ko­roğ­lu­nun abi­də­si­nin ucal­dıl­ma­sı müs­tə­qil­lik döv­rü ədə­biy­yat epo­xa­sı­nın möh­tə­şəm ha­di­sə­lə­ri­dir. Son il­lər­də öl­kə­də apa­rı­lan bö­yük qu­ru­cu­luq pro­ses­­lə­­ri­­nin tər­kib his­sə­si ki­mi Azər­bay­can Ya­zı­çı­lar Bir­li­­yi­­nin, Ni­za­mi Gən­cə­vi adı­na Azər­bay­can Ədə­biy­ya­tı Mu­ze­yi­nin, Azər­bay­­can Döv­­lət Mil­li Dram Te­at­rı­nın, Ope­ra Te­at­rı­nın, Cə­lil Məm­məd­qu­lu­za­də adı­na Nax­­çı­­van Döv­lət Mu­si­qi­li Dram Te­at­rı­nın, Sum­qa­yıt və Şə­ki te­atr­la­rı­nın, Nax­çı­van Ya­zı­çı­lar Bir­li­yi­nin və öl­kə­mi­zin di­gər ədəbiyyat və mə­də­niy­yət ocaq­la­rı­nın, gör­kəm­li ya­zı­çı­la­rın ev mu­zey­lə­ri­nin əsas­lı şə­kil­də ye­ni­dən qu­rul­ma­sı, ye­ni tex­no­lo­gi­ya və mü­­a­sir ava­dan­lıq­lar­la təc­hiz edil­mə­si öl­kə­miz­də ədə­biy­ya­ta və in­cə­sə­nə­tin in­ki­şa­fı­na gös­tə­ri­lən döv­lət qay­ğı­sı­nın əmə­li ifa­də­si­dir. Ba­kı şə­hə­rin­də Mu­­ğam Mər­kə­zi­nin ya­ra­dıl­ma­sı, Gən­cə­də Mir­zə Şə­fi Va­zeh, Şə­ki­də Bəx­ti­yar Va­hab­za­də və Şah­buz­da Məm­məd Araz, Kən­gər­li ra­yo­nun­da Şah­tax­tlılar, Ordubadda Məhəmməd Tağı Sidqi muzeylərinin, Gə­də­bəy­də Ozan evi­nin ti­ki­lib is­ti­fa­də­yə ve­ril­mə­si öl­kə­miz­də sənətə, ədəbi-mədəni mühitə diqqətin göstəricisi kimi dəyərləndirilməlidir.

Ümummilli lider Heydər Əliyev ən çətin dövrlərdə Elmlər Akademiyasını böhrandan qorumuş, “Akademiya – elmin laboratoriyasıdır”, - deyərək ona sahib çıxmışdır. Eyni həssas münasibət hakimiyyətdə olduğu bütün dövrlərdə İlham Əliyev siyasətinin prioriteti olmuşdur. Akademiyanın müxtəlif illərdə yubileylərinin keçirilməsi, ayrı-ayrı institutlarının əməkdaşlarının təltif edilməsi, dəyərləndirilməsi buna sübutdur. Prezidentin xüsusi sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasında yaradılmış Yüksək Texnologiyalar Parkının fəaliyyətinin qısa müddətdə marağa səbəb olması, təcrübə-sənaye zavodunda müasir bazarın maraqlarına uyğun məhsullar istehsal etməsi isə ölkə elmi mühitinin ən əhəmiyyətli hadisələrindəndir.

16 aprel 2007-ci ildə haqqında sərəncam imzalanmış Almas İldırımın, 2008-ci ildə Mikayıl Müşfiqin 100, 17 aprel 2007-ci ildə  Hüseyn Cavidin 125 illiyinin qeyd olunması müstəsna əhəmiyyət kəsb edir. Bura 130 illiyi qeyd olunan M.Ə.Rəsulzadə, 150 illiyi qeyd olunan Əhməd Ağaoğlu haqda sərəncamları, eləcə də 2018-ci ilin Cümhuriyyət ili kimi qeyd olunması haqda fərmanı əlavə etsək qüdrətli liderimizin dövlətçiliyin güclənməsi üçün hansı məsələlərə daha çox önəm verdiyi məlum olar.

Müsəlman şərqində ilk demokratik respublika kimi tarixdə öz yerini tutmuş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin 2018-ci ildə ölkədə geniş qeyd edilməsi İlham Əliyevin hadisəyə siqlətli baxışının sayəsində gerçəkləşmişdir. O, bu hadisəni Azərbaycan tarixinin şərəfli səhifələrindən biri kimi qiymətləndirirdi: “Biz haqlı olaraq fəxr edirik ki, müsəlman aləmində ilk demokratik respublikanı Azərbaycan xalqı yaradıbdır. Bu, bir daha göstərir ki, azərbaycanlılar azadlıqsevər və mütərəqqi xalqdır”.

İlham Əliyevin atdığı müqtədir addımlardan biri milli triadanın müəllifi, bayrağımızdakı üç rəngin memarı, XX əsrin əvvəllərində türk-turan düşüncəsinin bütövlənməsində müstəsna xidmətləri olmuş Əli bəy Hüseynzadə ilə bağlıdır. Məlumdur ki, 2017-ci ilin sonlarında Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpsar atasına məxsus əşyaları Azərbaycana bağışlamışdır. Bundan bir neçə ay sonra - 2018-ci ilin mart ayının 17-də ölkə başçısı İlham Əliyev böyük ideoloqun qızını “Dostluq” ordeni ilə təltif etdi. Bu, Türkiyə və Azərbaycan arasında münasibətləri möhkəmləndirməyin və Əli bəy Hüseynzadənin ruhuna göstərilən sayqının ən dəyərli nümunəsi oldu.

Bəli, İlham Əliyev dövlətimizin yüksəlişi, Azərbaycanın Avropa mədəniyyətinə inteqrasiyası naminə siyasi, iqtisadi məzmunlu çox qərarlar imzalayıb. Amma elə qərarlar var ki, türk məfkurəsinin illərdir diri qalmasında, bütövlənməsində, türk düşüncəsinin qalibiyyətində təməl rolu oynamaqdadır. Əli bəy Hüseynzadənin tam bəraətinə rəvac verən 21 yanvar 2014-cü il tarixli sərəncam, bir az əvvəl xatrılatdığım kimi, Azərbaycanda 2018-ci ilin Cümhuriyyət ili elan olunması və qeyd etdiyim Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpsarın Azərbaycan dövlətinin böyük mükafatlarından biri olan “Dostluq” ordeni ilə təltif edilməsi. Türk dünyasının nəhənglərinin - Çingiz Aytmatovun, Oljas Süleymenovun layiq görüldüyü “Dostluq” ordeninin Əli bəy Hüseynzadənin qızına təqdim olunması böyük mütəfəkkirin yüz il əvvəl türkçülük, turançılıq istiqamətində gördüyü nəhayətsiz işlərə verilən ən böyük dəyər, qədirdanlıq nümunəsidir.

İlham Əliyevin milli məfkurənin qurulması və qorunması istiqamətində memarı olduğu işlər barədə çox danışmaq olar. O işlər ki, sadalandıqca ölkə rəhbərinin yaddaşa etibarı və milli vüqarı görünür, dövləti ucaltmaq naminə atdığı uzaqgörən, strateji addımların sabahını görməyə imkan yaradır. Və böyük bir tarixi gerçəyi bəlli edir: İlham Əliyevin 2008-ci ildə Bakıda İstiqlal Bəyannaməsini abidələşdirməsi, Azərbaycanda türk qanlı, islam imanlı, Avropa fikirli bayrağımız  üçün Bayraq meydanlarını qurması,  eləcə də türk ruhunu ehtiva edən aydınlarımızın irsinə həssaslıqla yanaşması bu günün zəfər təntənəsinə hesablanmış strateji gücün təzahürü idi.