YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Brüsseldə Paşinyana “ev tapşırıqları verildi”

Məlahət İbrahimqızı

Milli Məclisin deputatı

 Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Brüssel səfərindən bir həftə keçsə də bu səfər çərçivəsində keçirilən görüşlər hələ də beynəlxalq ictimaiyyətin və medianın gündəmindədir. Möhtərəm Prezidentimizin burada keçirdiyi həm ikitərəfli, həm də çoxtərəfli görüşlər və onların nəticələri bir daha sübut etdi ki, Müzəffər Ali Baş Kamandanımız post-müharibə dövrü üçün ölkəmizin, bölgəmizin və eləcə də Azərbaycan –Ermənistan münasibətləri ilə bağlı yaxın və uzaq məsafə üçün qarşısına qoyduğu  məqsəd və hədəflərə çatmaq üçün beynəlxalq təşkilatların, xüsusən də Avropa Birliyi, NATO və BMT-nin siyasi dəstəyini əldə etdi. Bu mənada, Brüssel görüşlərini bölgənin gələcək taleyi baxımından Vətən müharibəsindən sonra keçirilən ən mühüm və uğurlu səfər hesab etmək olar. Əslində səfər çərçivəsində keçirilən hər bir görüş Ermənistanın imzaladığı kapitulyasiya sənədindən, eləcə də Rusiya, Ermənistan və Azərbaycan Prezidentlərinin Moskva, Soçi bəyannaməsində tərəflər üçün nəzərdə tutulmuş və imzalanmış bütün  öhdəlik və vəzifələriin beynəlxalq təşkilatlar, Avroatlantik strukturlar tərəfindən tanınması və təsdiqi idi. Bu həm də 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərin etiraf edilərək,tanınması kimi qəbul etmək olar.  Azərbaycan Prezidentinin hələ Brüssel səfətinə qədər orada  keçiriləcək görüşlərdə masaya qoyulacaq mövzular və suallar heç kəs üçün sirr deyil idi. Çünki,  müharibənin bitdiyi gündən möhtərəm Prezidentimiz bu məsələləri bütün görüşlərdə, müsahibələrində səsləndirirdi. Hər kəs bilirdi ki, Müzəffər Ali Baş Kamandanımız  və Azərbaycanın Müzəffər Milli Ordusu qəhrəmanlığı ilə şəhidlərimizin qanı ilə   30 illik işğala son qoyularaq, beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərin yerinə yetirilməsinə nail olundu. Sərhədlərin delimitasiya və demarkasiyası, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi,Sülh müqaviləsinin imzalanması, revanşist qüvvələrin təxribatlarına, Ermənistanın Azərbaycana qarşı əsassız düşmənçilik və ərazi iddialarına son qoyulması, Zəngəzur dəhlizinin ən qısa zamanda istifadəyə başlanması üçün tərəflərin təxirəsalınmaz addımlar atması, iki ölkə arasında gələcəkdə qurulacaq yeni qonşuluq münasibətləri  məhz müharibədən sonra Azərbaycanın təcavüzkar Ermənistandan istək və tələbləri idi. Bir daha qürurla demək istərdim ki, möhtərəm Prezidentimizin güclü diplomatiyası, qətiyyətli və yenilməz iradəsi, dəyişməz mövqeyi Brüssel görüşlərində bir daha Azərbaycanın və Azərbaycan xalqının marağını ifadə edə bildi. Brüssel görüşlərində Avropanın enerji təşhizatında və bugün ən aktual problem olan nəqliyyat loqistik layihələr baxımından bir daha Azərbaycanın ən önəmli, etibarlı və həlledici tərəfdaş olduğu qeyd edildi. Qeyd etmək istərdim ki, Brussel görüşlərində, eləcə də dünyanın aparıcı beynəlxalq iqtisadi institutlar bütün parametrlərdən Azərbaycanın inkişafınına görə ən öndə gedən ölkələrdən biri olduğunu qeyd edir. Bütün bunlar möhtərəm Prezidentimizin Brüssel görüşlərindən sonra İtaliyanın “İl Sole 24 Ore” qəzetinə verdiyi müsahibəsində də öz əksini tapmışdır. Müsahibənin hər bir sualından görünür ki, Azərbaycan və ona rəhbərlik edən Lider, onun yürütdüyü siyasət, əldə edilən uğurlar Avropa üçün nə qədər zəruridir. Bu görüşlər bir daha möhtərəm Prezidentimizin müdrikliyini, bəşəri dəyərlərə sadiqliyini, etibarlı tərəfdaş olduğunu, sözün həqiqi mənasında qlobal sülhə verdiyi töhfənin sübut etdi. Bütün mütərəqqi dünya möhtərəm Prezidentimizin “…biz artıq gələcəkdə bölgədə dayanıqlı sülhə və inkişafa nail olmaq üçün yeni səhifəni açırıq…”  və ya “...bölgədə əbədi düşmənçilik ola bilməz..” fikirlərinə heyran oldu. Məhz İtaliyanın məşhur “İl Sole 24 Ore” qəzetinə möhtərəm Prezidentimizin verdiyi müsahibə ölkəmizin keçdiyi inkişafın ən yaxın tarixinə ekskurs olmaqla, həm də dövlətimizin, xalqımızın eləcə də Liderimizin nüfuzunu sübut edir.  Əslində Brüsseldə keçirilən görüşləri Müzəffər Ali Baş Kamandanımızın beynəlxalq masalar ətrafında həm də bu təşkilatlarla diplomatik savaşı kimi də qəbul etmək olar. Sözsüz ki, bu masalar ətrafında diplomatik görüşlərdə qazanılan uğurlar elə də asan qazanılmır. Prezidentimiz hər zaman ikili standartları və riyakar yanaşmaları açıq formada tənqid edibdir. ATƏT-in fəaliyyətsizliyini, Avropanın baş kəndində Ermənistana verilən maliyyə-iqtisadi dəstəklə enerji və nəqliyyat-loqistik layihələrdə etibarlı tərəfdaş saydıqları Azərbaycana edilən fərqli maliyyə dəstəyinə sərt münasibət bildirməsi əlbəttə bizlərdə qürur hissi oyatmaya bilməz. Jurnalistin Prezidentimizin Ermənistanın baş naziri Paşinyanla təkbətək görüşünə toxunarkan möhtərəm Prezidentimizin təmkinlə, sanki ustad bir müəllimin uğursuz şagirdinə dediyi,  ”...görək Paşinyan “ev tapşırıqlarını necə edir...” cavabı özü-özlüyündə bütün suallara aydınlıq gətirir. Azərbaycan xalqı öz taleyini 2003-cü ildən əvəzedilməz və məğlubedilməz LİDERinə etibar edibdir.