YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İranın xarici işlər naziri Azərbaycana səfər edəcək

Dekabrın 21-də İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycan Respublikasına səfər edəcək.

Səfər Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dəvəti ilə həyata keçiriləcək.

Səfər çərçivəsində bir sıra görüşlər keçiriləcək, iki ölkə arasındakı qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafı perspektivləri müzakirə olunacaq.