YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyevin yeni fərman və sərəncamları ilə müavinət və təqaüdlərin artırılması 732 min şəxsi əhatə edir

Prezident İlham Əliyevin imzaladığı yeni sərəncam və fərmanlar əhalinin həssas qruplarına yönələn sosial ödənişlərin artırılması istiqamətində xüsusilə son illərdə geniş miqyas alan islahatların uğurla davam etdirilməsini təmin edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən  verilən məlumata görə, yeni fərman və sərəncamlarla müavinət və təqaüd artımı əlilliyi olan şəxslər və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər, sağlamlıq imkanları məhdud uşaqlar və onlara qulluq edənlər, yaşa görə müavinət alanlar, ailə başçısını itirməyə görə müavinət alanlar, müddətli hərbi xidmətdə olanların uşaqları, uşaqların qəyyumları, beşdən çox uşağı olan qadınlar, bir yaşadək uşağı olan (ünvanlı sosial yardım alan) aztəminatlı ailələr, övladlığa uşaq götürənlər, işləməyən pensiyaçı elmlər və fəlsəfə doktorları; “Xalq” və “Əməkdar” fəxri adı olanlar; eləcə də doktorant və tələbələri əhatə edir.

Həmçinin uşağın doğulmasına görə və dəfn üçün verilən birdəfəlik müavinətlər artırılır.

Qeyd edək ki, Dövlət başçısının imzaladığı yeni fərman və sərəncamlar ümumilikdə 732 min vətəndaşın, o cümlədən 132 min doktorant və tələbəni əhatə edərək müavinət və təqaüd formasında yönələn sosial ödənişlərin gələn ilin əvvəlindən artırılmasını təmin edir. Bu artımlar üçün illik 200 milyon manat əlavə vəsait ayrılıb.