YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanla Yaponiya arasında kiçik şəhərlərdə su təchizatı və kanalizasiya ilə bağlı qanun layihəsi təsdiqlənib

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən “Azərbaycan Respublikası Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”nə dair 2009-cu il mayın 29-da imzalanmış AZB-P4 nömrəli Kredit Sazişinə Dəyişiklik Məktubu”nun təsdiq edilməsinə dair qanun layihəsini təsdiqləyib.

Parlamentin dekabrın 20-də keçirilən iclasının gündəliyində müzakirəyə çıxarılan qanun layihəsi müzakirələrdən sonra bir oxunuşda təsdiq edilib.