YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Suraxanı rayonunda gənclərin Milli Məclisin deputatları ilə panel diskussiya formatında görüşü keçirilib

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının təşkilatçılığı ilə Suraxanı Rayon Heydər Əliyev Mərkəzində “Müasir dünya çağırışları fövqündə Azərbaycan gənclərinin məqsədləri, hədəfləri, təklifləri və bu istiqamətdə qarşıya çıxan problemlər, onların həlli yolları” adlı panel diskussiya təşkil edilmişdir.

Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Afət Həsənova, Sevinc Fətəliyeva, Ramin Məmmədov, Etibar Əliyev, Kamal Cəfərov, Naqif Həmzəyev, YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev, “Qeyd” İctimai Birliyinin sədri Tural Nurməmmədov və baş katibi Aysel Tahirova, “Gənclərin töhfəsi” İctimai Birliyinin baş katibi Taleh Mansurov, vətəndaş cəmiyyətinin, gənclər birliklərinin nümayəndələri və gənclər iştirak etmişlər. Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tədbir iştirakçıları tərəfindən tər güllər qoyulduqdan və Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra  tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan olunmuşdur. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətən Müharibəsi şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla anılmış və “Müasir Gənclər və Dövlət Gənclər siyasəti” adlı video-çarx nümayiş olunmuşdur.

Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov müzakirə iştirakçılarını salamlayaraq bildirdi ki, gənclərlə birbaşa görüşlərin keçirilməsi və onların özlərini ifadəsi üçün münbit şəraitin yaradılması gələcək nəsillərin daha mütərəqqi yetişməsinə səbəb olacaqdır. Bu gün təşkil etdiyimiz panel müzakirələrin əsas məqsədi dövlətin həyata keçirdiyi gənclər siyasətinə öz töhfəmizi verməkdir. Vüqar Seyidov YAP-ın həyata keçirdiyi gənclər siyasətinə toxunaraq dedi ki, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı 11 sentyabr 1993-cü ildə yaranmışdır. 1995-ci ildə YAP-ın qurucusu Ulu Öndər Heydər Əliyevin birbaşa tövsiyyəsi və tapşırığı ilə YAP Gənclər Birliyi yarandığı tarixdən rayon təşkilatında da gənclərlə iş yüksək səviyyədə təşkil olunmuşdur.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxışında Suraxanı rayonunda gənclər sahəsində görülən işlərə toxunaraq bildirdi ki, müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin siyasi irsinin öyrənilməsi istiqamətində gənclərlə vaxtaşırı görüşlər keçirilməkdədir. Belə tədbirlərin təşkilində YAP Suraxanı rayon təşkilatı, Bakı Şəhəri üzrə Təhsil idarəsi, Suraxanı Rayon Heydər Əliyev Mərkəzi, Suraxanı Rayon Gənclər və İdman İdarəsi və  digər təşkilatlarlar fəal iştirak edirlər.

Milli Məclisin deputatları Afət Həsənova, Sevinc Fətəliyeva, Ramin Məmmədov, Etibar Əliyev, Kamal Cəfərov, Naqif Həmzəyev müəyyən edilmiş mövzular ətrafında çıxışlar etdikdən sonra gənclərlə qarşılıqlı dialoq şəklində müzakirələr aparılmış, gəncləri maraqlandıran suallara cavablar verilmiş və onları narahat edən məsələlərə aydınlıq gətirilmişdir.

Görüşdə iştirak edən gənclər açıq müzakirələrin keçirilməsinin əhəmiyyətinə toxunaraq bildirmişlər ki, vaxtaşırı bu cür görüşlərin təşkil olunması dövlətin gənclər sahəsində həyata keçirdiyi siyasətə xidmət etməkdədir. Gənclər istər partiya və rayon rəhbərliyi ilə, istərsə də Milli Məclisin üzvləri ilə qarşılıqlı dialoq şəklində keçirilən müzakirəni yüksək qiymətləndirərək belə görüşlərin daimi xarakter almasının arzu oldunduğunu ifadə etmişlər.