YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nərimanov rayon təşkilatının “Fətəli Xan Xoyski 128” ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının “Fətəli Xan Xoyski 128” ünvanlı ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

Tədbirdə ərazi partiya təşkilatının sədri Valeh Hüseynov gündəlikdə duran məsələlər barədə məlumat verib. Daha sonra təşkilat sədrinin geniş hesabat məruzəsi dinlənilib.

Çıxış edən  YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev yığıncaq iştirakçılarına bu ilin mart ayının 5-də keçirilən partiyanın VII Qurultayından bəhs edərək yeni Nizamnamənin qəbul edilməsindən, eləcə də struktur dəyişikliklərindən danışıb, bu islahatların partiyanın gələcək inkişafında önəmli rol oynadığını vurğulayıb. S.Vəliyev ərazi partiya təşkilatının daha da sistemli və keyfiyyətli fəaliyyət göstərməsi üçün müvafiq tövsiyələrini verib.

Hesabat məruzəsi ətrafında çıxış edən ərazi partiya təşkilatının üzvləri təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Yığıncaqda təşkilati məsələlərə baxılıb, Valeh Hüseynov ərazi partiya təşkilatının sədri, Afaq Nəsibova isə sədr müavini seçiliblər.